Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cabir NovruzO bunu bəyənmir, bu onu bəyənmir

O bunu bəyənmir, bu onu bəyənmir

Neçin belə yaranıb bu yazarlar görəsən,
O bunu bəyənməyir, bu onu bəyənməyir?!
Bu ona yağdırır ki, sən beləsən, eləsən,
O biri bu birinin soyunu bəyənməyir.

Biri yaratdığını o dərəcə sevir ki,
Nə yazmışam söyləyir hamı qızıl, zər, inci.
Bir yer var irəlidə birdən onu deyir ki:- Gərək mən oturaydım mütləq orda birinci.

- O ki tamam köhnədir; təzə söyür köhnəyə,
Bu onun yasdığını, mitilini bəyənmir.
O səhnədən düşən tək, bu cumur tez səhnəyə,
Köhnə də təzəsinin stilini bəyənmir.

Biri deyir: O kimdir, mənəm sözün müridi,
Xudaya, bir-birini paxıllamaq azarı,
İçəridən məhv edib, içəridən çürüdüb,
Zaman-zaman nə qədər isdedadlı yazarı.

O buna rəqib çıxır, bu da onu daşlayır,
Bu da klassiklərin olur sənət ortağı.
Bu biri də deyir ki, Ardı »

Cabir NovruzGörməyirsən dağlar necə ağlayır

Görməyirsən dağlar necə ağlayır

Bahar günlərində dostum Əbülhəsən, sehrkar qarmonçu Aftandil, Xızı mahalının onlarla bərbad olmuş qədim yurd yerlərindən biri Xanagəh kəndini ziyarətə getdik... Gördüklərimiz uçuq evlər idi, gözəl bahar idi, ulu günəş idi, bir də bu yerləri qoyub gedən babaların nəticələri - biz idik, bir də bizimlə həsrətimiz, xəcalətimiz idi. Avtandil hündür bir çay daşı tapıb üstündə oturdu, üzünü xərabəliklərə tutub qarmonunu səsləndirməyə başladı. Ölüm sükünətinə qərq olmuş bu aləm elə bil birdən-birə cana gəldi. Elə bil əfsanələr içinə düşdüm. Axı uzun-uzadı dövrlərdən sonra ilk dəfə burada qarmon səslənirdi. Özü də səslənən adi qarmon deyil, Avtandilin qarmonu idi. Bu heyrətamiz duyğular içində mən də Ardı »

Cabir NovruzAman Allah, mənə qiymət verənə bax.

Aman Allah, mənə qiymət verənə bax.

Aman Allah, aman Allah,
Mənə qiymət verənə bax…
Saxla, cəfəng sözlərini
yetər, bəsdir.
Mən bilirəm nəyim yaxşı,
nəyim pisdir…
Düşmənimdir boşboğazlar,
gəvəzələr…
Mən özümə özüm mizan, tərəziyəm…
Mən bilirəm öz yaxşımı, yamanımı,
Tərifimi, nöqsanımı…
Anam haqla bələyibdir bələyimi,
Məhəbbtlə doldurubdur ürəyimi…
Ağlım bir şey kəsən gündən,
Öz-özümü zərrəbindən keçirirəm
gündən-gündə…
Çörəyimə bircə dəfə haram tikə qatmamışam…
Bir günaha batmamışam…
Hey qaçmışam xeyirimdən,
Bir yad nəfəs görməzsiniz
şerimdə…
Əlim heç vaxt batmayıbdır
nahaq qana,
Nə insana, nə heyvana
Bir yamanlıq etməmişəm…
Əyri yola getməmişəm,
Bircə qəlbə dəyməmişəm
beca yerə,
Elə bil ki, peyğəmbərəm…
Aman Allah, aman Allah,
Səhvlərimi görənə bax…
Bəsdir, yetər, kiri, dayan,
Dayan, özüm səhvlərimi sadalayım…
Ən birinci bəlam budur
şair doğub məni anam,
Hər bir şeyə inananam…
İnananam kim nə desə,
Təmiz sözə, murdar sözə…
Daim elə inanmışam,
Yalançılar tərəfindən talanmışam…
Aldadıbdır yadlar məni, dostlar məni,
İynə boyda səmimiyyət ovsunlayıb
dərhal Ardı »

Cabir NovruzNəsimi...

Nəsimi...

Nəsimi taleyi gərəkdir mənə,
Adımı vüqarla daşımaq üçün.
Nəsimi taleyi gərəkdir mənə,
Həyatda mərdanə yaşamaq üçün.
Özümü, sözümü böyük sanmağa,
Əslimlə, nəslimlə qürurlanmağa,
Ən ağır saatda, ən çətin gündə,
Əsil qoçaqlıqla yerimək üçün.
Şairlər yanında, ərlər içində,
Başıucalıqla yerimək üçün.
Nəsimi taleyi gərəkdir mənə,
Təbrizin bağlanmış yolları kimi,
Nəsimi taleyi gərəkdir mənə,
Babəkin kəsilmiş qolları kimi,
İyirmialtıların ürəyi kimi.
Anamın ağarmış birçəyi kimi,
Kəpəzim, Şahdağım, Qoşqarım kimi,
Doğma tarım kimi, çinarım kimi,
Bu qüdrətli ölüm, bu bəxt, bu yazı,
Bu sevinc, bu kədər gərəkdir mənə.
Nəsimi taleyi, Nəsimi yası,
Doğma dilim qədər gərəkdir mənə.
Deyirəm: bu ölməz ölümə alqış,
Heç zaman basılmaz bir ordumdur o.
Əsrlər köksünə qanla yazılmış,
İlkin vəsiqəmdir, pasportumdur o.
Güclə boğazıma dirənənləri,
Şöhrətçin əl açıb dilənənləri,
Vətəndə vətənsiz yaşayanları,
Elə mənsiz, sənsiz yaşayanları,
Ölü cəsədləri, ölü canları,
İnsan Ardı »

Cabir NovruzZirvələrdəyəm......

Zirvələrdəyəm......

Zirvələrdəyəm…
Dərələrdən duman sürünür…
Səmalardan qatar-qatar buludlar köçür.
Aşağıdan yuxarılar böyük görünür,
Yuxarıdan aşağılar balaca, kiçik…

Uca dağlar, uçurumlar ruhuma həmdəm,
Sıldırımlı qayalardır çəkən fikrimi.
Sanıram ki, bir basılmaz gücəm, qüvvətəm,
Bərqəraram yerin, göyün hakimi kimi.

Məni burdan yıxan olmaz, tərpədən olmaz,
Sanıram ki, mənimkidir bu zirvə çoxdan.
Lap Allahın özü gəlsə, mənə tən olmaz,
Unuduram amma necə buraya çıxdım…

Gah süründüm, gah yıxıldım-
gördü çoxları,
Gah yalvardım taleyimə, gah dinməz oldum.
Nə zaman ki, diş-dırnaqla qalxdım yuxarı
Birdən-birə mən dəyişdim, ayrı kəs oldum…

Dağlar ilə dayanmışam indi yanaşı,
Qartallar da həsəd ilə mənə baxırlar.
Aşağılar gözlərimdə balacalaşıb,
Cılızlaşıb nəzərimdə yollar, cığırlar…

Qəribədir bu dünyanın yönü, görümü,
Nəsillərin arxasınca nəsillər köçüb,
Aşağıdan yuxarılar böyük görünüb,
Yuxarıdan aşağılar balaca, kiçik…

Yekələrin gözlərində “xırda” görünməz,
Düzənlərin qarşısını qayalar kəsir.
Bu dağların, Ardı »

Cabir NovruzYola salın aya məni

Yola salın aya məni

Mehriban anam gətirdi,
Bir gün bu dünyaya məni.
Bu sırtıq, qorxunc, məkrli,
Bu miskin dünyaya məni.

Şerlə açıldı dilim,
Şairlik dərd, əzab, zülm.
Nə üçün saldın, de görüm,
Tanrım, bu bəlaya məni.

Qələmimlə mən biçarə,
Çox sədləri yara-yara,
Girdim bu qara bazara,
Aldılar araya məni.

Gördüm, bura palçıq, çamır,
Saymayır adam adamı.
Şan-şöhrət acıdır hamı,
Sarsıtdı bu "qayə" məni.

Ocaq çatdım, köz elədim,
Vardan-yoxdan söz elədim.
Çox şeydən pəhriz elədim,
Sıxdı abır-həya məni.

Yazıqlar olsun, yazıqlar,
İlhamsızlar, ziyasızlar,
Abırsızlar, həyasızlar,
Almadımı saya məni.

Yerdə gördüklərim yetər,
Şirini acıdan betər.
Qoyun uçağa, raketə,
Yola salın aya məni. Ardı »

Cabir NovruzÖlüm hüququndan qeyri

Ölüm hüququndan qeyri

Ölülər sağ, sağ ölü,
Bu nə cürə zəmanədir...
Fitrətində yerin, göyün,
Pozulubdur müvazinət...
Dünənimiz sabahsızdır,
Bu günmüz binəsibdir.
Müqəssirlər günahsızdır,
Günahsızlar müqəssirdir.
Heyif, qalanlara, heyif
Ey yatanlar, ayıq olun,
Bir ləkəsiz bəşər deyin,
Heykəlini qoyaq onun...
Hamı laqeyd, biganədir,
Bu nə cürə zəmanədir...Natəmizlər salıb şərə,
Təmizləri süpürdülər,
Ölüləri dirildirlər,
Diriləri öldürürlər.
Xilasımız ağlamaqdır,
Himnimiz də mərsiyədir...
Bütün işlər baş-ayaqdır,
Bütün sözlər tərsinədir...
Biz hürriyyət deyə-deyə,
Qayıdırıq köləliyə...
Biz gələck deyə-deyə,
Keçmiş çıxır irəliyə.
Dərd əlindən dağa cumub,
Nə qədər bəlalı qaçır.
Əyrilər qabağa cumur,
Düzlər dalı-dalı qaçır...
Bütün üzlər olub astar,
Bəylik, xanlıq, qoçuluqdur...
Mənəviyyat dünyamızda,
Kasıblıqdır, yolçuluqdur...
Dağılıbdır bütün sədlər.
Qalanıb dərdlər üst-üstə...
Fəlakət də, müsibət də,
Bir-biriylə bəhsə-bəhsdə...
Qeyrəti, namusu atıb,
Qarabağı verdik yada...
Kişilərə ləçək, yaylıq,
Papaq verin arvadlara...
Tüpürüblər məhəbbətə,
İndi hamı pul axtarır...
Qızlar düşüb məzənnədən,
Bəylər varlı dul axtarır...
Dovşanı qaç, ovçuya vur,
Tazıya hür öyrədirlər...
Dilləri dilsiz qoyur,
Lallara dil öyrədirlər...
Düz danışan Ardı »

Cabir NovruzMəni tonqalda yandırın

Məni tonqalda yandırın

Nəyimiz var alt-üst oldu,
Bu boyda millət xar oldu.
Bütün yaxşılar pis oldu,
Ümidlər tarı-mar oldu.

Həyat baha, ölüm ucuz,
Qarı düşmən vəhşi, quduz.
Qeyrətimiz, namusumuz,
Tapdandı, payimal oldu...

Bu torpağı addım-addım,
Öz satqınlarımız satdı.
Çoxu da "ağ günə" çatdı,
Sahibi-ixtiyar oldu...

Xalqım yurd-yuvasız qaçaq,
Şuşam yad ellərdə dustaq,
Ondan sonra papaq qoymaq,
Hər bir erkəyə ar olsun...

Qəddim əyri, üzüm qara,
Məmləkətim para-para.
Bu davadan bizə qalan,
Min-min nakam məzar oldu...

Əqidədən döndü hamı,
Baş girləyir indi hamı,
İçəridən sındı hamı,
Bu ən qorxunc azarn oldu...

Möhtəkirlər ordu-ordu,
Alverçilər tutub yurdu,
Dükanlardan qala qurduq,
Azərbaycan bazar oldu...

Böyük Allah, dahi Allah,
Dözmək olmur daha Allah,
Şəhid oldu ideallar,
Ta dollar ideal oldu...

Nə sirdir məni qandırın,
Bakım qürbəti andırır,
Məni tonqalda yandırın,
Qoy vətən laləzar olsun... Ardı »