Host → Əlvida
verse:PRoMete)
Yol, uzun bir yol.
Ömrüm davamlı addımlardı
Mənimə hakim kəsilmiş aritmiya
Ritmi pozan yoluma girənlərdi,
Yolumdan çıxanlardı.
Dünəni unutmaq adət halına çevrilib
Xronika amneziya
Hər addım yeni yol yoldaşıyla müşayiət.
Dünən dost olan bugün artıq mənimlə addımlamır,
Dünənim bugünümə etmir sirayət,
Deməli azadam, qaranquş tək,
Rahatam, yoxdu dostum.
Öz yolumda tərk olunmuş tək
Dünən bir sevgilim var idi,
Bir az yoruldu,
Oturduuu,oturduuum.
Ritm pozuldu.
Aldım qucağıma,
Razı olmadı.
Dedi burax get!
Tərk etdim!
O rahat, mən azad.
Bir neçə ümid də basdırıldı həmin gün.
Amma çox tez unuduldu.
Qulağın məndə olsun!
Bu dəqiqə sənsən dostum.
Zamanı dondur bacarsan,
Qoy hər şey donsun,
Ümidlər doğrulsun!
Günəş sönsün!
Qaranlıq! Boş masa
Üstündə bir şam.
Əldə məktub!
3-cə kəlmə yazılı:
GÖZLƏMƏ! BAĞIŞLA! ƏLVİDA!
(Nəqarət:ErranT)
Əlvida, nazlı ümidlərim, Əlvida
Əlvida mən gedirəm amma ağlama,
Əlvida, Yandıraraq körpüləri,
Gedirəm sona çatıb əsərim.(x2)
(Verse:Qaraqan)
Qaranlıq vağzal, heykəl sərnişinlər,
Bu Ardı »