Host → Etiraf Otağı
(Nəqarət:Qaraqan)
Məni bağışla, padre... qaranlıq altar
Pərdə arxasından etiraflarımı dinlə
Müqəddəs ata, bu kilsədə ilk və son dəfə
Danışacam içimə bağlı gizli, böyük sirrlərimi(x2)
(verse:Qaraqan)
20 ilimi geridə qoydum göz qırpımında
İncə uşaq, sərt qalaya döndü
Dirək axtarırdım, başqalarına dirək oldum
Məcbur oldum, həyat oyunu çox cığaldır
Saçıma çəkilən hər sığalda anamı tapdım
Özümə rəfiqə seçdim...Günlər keçdi beləcə
Arzularda velosiped də qaldı, yox idi onda imkan
Çox dalaşdı atam anamla
Qapının önünü mən pusurdum
O vaxtdan yarandı vərdiş, hamı danışır
Mən susurdum.....
"Uşağı həkimə göstərin, bəlkə sinirləridi xəstə?"
Hamı əllərində çiçəklərlə gəzir dəstə-dəstə
"Qaraqan ağlayır qıraqda...."
"Qaraqan dərd çəkir..."
"Təzəcə başlamış bu Ardı »