Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HostO Dönəcək

Nəqarət:Ayka)
Tərk etdiyin o yerdə tək
Hər gün eyni ümidlə gözləyərək.


(verse:Feck)
Səni, səni tanımadığım yeni sənsiz vaxtlarımda sevmişdim mən.
Səni, səni fikirləşdiyim sənsizliyimdə kəşf etmişdim mən.
Səni dağ zirvəsi bilib ətəklərinə çox uzağdan gəlmişdim mən.
Səni zirvədən də yüksəkdə buluddan beşikde körpə kimi yatdığını bilmirdim.
Sən mənim üçün film deyilsən ki, gözlərim sənin sonunu gözləsin.
Baş rolunu oynadığımız bu filmin sonu hər kəsi kövrəltsin sevincdən.
Sən ölümümdə son, doğuluşumda ilk nəfəsim, artdı həvəsim
Yarı olduğumu səni görəndən sonra dərk etdim.
Sənlə əl-ələ gəzdiyimiz küçələrin toz-torpağı doğma
Sənlə oturub dalğasına baxdığım dənizin çirkabı doğma
Sənlə kədərini daddığım o həsrətin xatirələri belə doğma gəlir.
Sənlə yaşadığım sevginin qorxusu doğma, içimi dəlir.
Yadıma düşəndə ki, bu məsafələri dəf edərək Ardı »

HostAzad Azərbaycan

(verse:Qaraqan)
Təsəvvür elə ki, sən doğulmusan Əfqanıstanda,
Ölüb yaxınların, sən də şikəst tək ayaqla..
Təsəvvür elə ki, sən doğulmusan Çeçenistanda,
Məktəb sinifləri, tüstü, bomba, güllə altında..
Şimali Koreyada, həm də təksən,
Həyatın qəfəslərdə, doğmalar torpaqda..
Düşün ki, Afrikada, tanınmayan bir ölkədə,
Ölümcül xəstəliklər, humanitar yardımlar..
Ya da ki, İranda, məcburi qara çadra,
Asılmaq, kəsilmək, əzilmək, şallaq, molla..
Təsəvvür elə ki, sən doğulmusan Ermənistanda,
Oyuncaq vətəndaşsan, yalan və yaltaqlıqla..
Ya da ki, Gürcüstanda, yox nə suyun, nə qazın,
Sən hər bir nəfəsinlə, qonşu dövlətlərdən asılı..
Ya da ki, doğulmusan sən kasıb Pakistanda,
Düşmənin kiçik Erməni yox, böyük Hindistandı..

(Nəqarət:Ayka)
Dəyişir insanlar, dəyişir zaman,
Amma hər an ürəyimdə Azərbaycan..
Mənim kiçik ölkəm, mənim böyük ailəm,
Mənim Vətənim, Azərbaycan..
Doğulur günəşi torpağından,
Güc alır budağı yarpağından,
Yox gözəl Ardı »

HostKim İnandı?

(verse: AiD)
Gözümün üstündə yerin var, yalandan demirəm,
Yerin var uzağı ayağımın altında.
Diş çöpü gəzdirə-gəzdirə,
Anladım ki, məni başa düşür o.
Çoxundan da çox, səsimdən də qorx,
Hələ çox söz yazılacaq ki, siz boş durmayasız,
Yuva qurmayasız, ağaclar da bütün yerləri tutubdu qarğalar.
Bişirənlərdən yığılan qan damlalar,
Verdik biz xeyriyyəyə.
Narahat olmayın biz pis hiyləyə,
Ayağını geyin birdən pis iy gələr.
Hələ çox görəcəksiz bizim konsertdə keçi başı,
İşə sal başı, tap şifrəni,
Bu da sənı yeni dedi-qodu mövzusu,
Həyata rəng qatmaq çoxunun arzusu.
Ala kist, ala qara-qırmızı rənglə,
Şəffaf həyatın ala məğzini rənglə,
Bel götür bellə, qəbirivi yellə,
Gəzə bilmirsən, heç olmasa iməylə..

(Nəqarət: Jamal Ali)
Uca dağlar aşdım, çox nağıl danışdım,
Kim inandi, kim yox,
Biri var, biri yox..(x2)


(verse: Jamal Ali)
Dediler Ardı »

HostSaxta track

verse: Qaraqan)
Məni sıxır artıq 4 divar arası
Çıxmalıyam ruhum dəyişsin havasın
Dostlarımla görüşə, amma nə fayda
Dostlarım saxta, zarafatım saxta
Məni məhv edəcək belə düşüncə
Yığ ağlını başına, geyin, get işə
Axı hara gedəcəm mən bu gedişlə?
Qalstukum saxta, pencəyim saxta
Məni dəli eliyəcək bu şəhər
Yalançı sifətlər, süni gülüşlər
Dişlər, sanki reklam çarxı çəkilişdə
Gülüşlər saxta, sözləri saxta
Mənə əsil həyat ver, vermə saxtasın
Ağzımda acısı, ucuz ətin şorbası
Amma sevir süni şeyləri xalqım
Kim halal qazanır gəlin tikək torbasın

(Nəqarət: PRoMete)
Düşünürdüm dəyişim dünyanı
Amma saxtalıq çox dərində
Düşünürdüm qoruyuram dünyamı
Dəstək verirmişəm gəlirimdən (x2)

(verse: AiD)
Mənim xalqım sevir süni şeyləri
Sünidi işləri, yasları, toyları
Mənim millətim azaraq yolları
İlişir əlləri tikanlara, kollara
Saxta brend markası, saxta maşında
Saxtakar fikirlər saxta başında
Süni gülüşləri ailəvi albomun
10 Ardı »

Host3 Sual..

Nəqarət: Miri Yusif)
Kimə nə etdin, əziyyət verdin,
Zülmü yaydın, şirkə qovuşdun.
Sorarlar səndən 3 sual, ay yetim,
Haçan, harada və necə etdin?


(Verse: Miri Yusif)
Bil bunu, bil bunu
Təkcə bir bəlası var insanların,
Dərdini çəkərlər o şeyə ki, yoxdur,
Qarınları toxdur,
Var-dövlətləri buğda qədər,
Zəmanə ötər yenə, arzuları çoxdur.
Arzu bir quyudur, onu doldurmaq olmaz,
Ehtiyac dəniz kimidir, günəş onu qurutmaz,
Açılmaz qəlblərimiz, çox dumanlı,
Varlıdan kasıbıq, kasıblardan varlı.
Ağlayanlar kimi, ağlayırıq doğulanda,
Nəyin ki, öləndə, rəhmətə gedəndə,
Ana bətnində anlayırıq o zaman,
Dünyaya doğurlar bizdən sormadan.

(Nəqarət: Miri Yusif)
Kimə nə etdin, əziyyət verdin,
Zülmü yaydın, şirkə qovuşdun.
Sorarlar səndən 3 sual, ay yetim,
Haçan, harada və necə etdin?


(Verse: Abd.Malik)
Wooow! Savablarım damarımı kəsir,
Houuu! Gühanlarımın küləyi əsir,
Hər! Gün imanım nəfsi ilə döyüşür,
Hər! Bir Ardı »

HostOyan

(verse:PRoMete)
Mən yerdə uzanım, sən dizini qucaqla.
Pəncərələr açıqdır, əsir pərdələr...
Bir neçə saat bir yerdə donaq,
Günəş yerin dəyişsin, gəzsin kölgələr.
Bəlkə gün gələr, içimi açaram mən sənə,
Amma döz hələ, gəl dost olaq.
Nə mən tələsim, nə sən tələs,
Sonu görməyə hələ yox həvəs.
Uç, aç qanad! aç qanad! aç qanad! aç qanad!
Sən yaşa, mən yazım!
Mən yaşamasam da olar, mən razı... mən razı...
Burda royal bir neçə not vursaydı,
Olardı rəngarəng...
Eyni ahəng bezdirəndə səni, mən əlini tutaram,
Uzağa gedərik, biraz gəzərik, başını qoyub çiynimə,
Sən, oturarsan uzağa baxaraq...
Mən isə susaram, hətta nəfəs almağa belə qorxaram ki,
Birdən, çiynim qalxıb-düşər...
Bizi sıxırdı şəhər!
Ona görə qaçmışıq!
İndi oxuyur quşlar... ətraf yaşıllıq!
(Nəqarət: Günəş, PRoMete)
Oyan! Oyan! Oyan! Oyan!
Sən və Ardı »

HostQadın ətri

(verse: Qaraqan)
Qısa qapanma, ilıq cappucino
Yeni sətirlər, ağ-qara film, kino
Mən sanki rəssam, fırçalarım xəzan
Mən köhnə piano, akkordlar mi-minor
Yeni avtobuslar, dayanacaqlar
Tələsən insanlar dayanacaqlar
Bakıya yağır noyabr payızı
Bu yuxudan mən istəmirəm ayılım
Mənim həyatımda yoxdu yaxşı insanlar
Yaxınlar, səhvlərinə öyrəşdiyim adamlar var
Mənim həyatımda yoxdu şəhzadələr
Var göz yaşlarına toxunduğum qadınlar
Bədəni tanımaq, tanımaq ən nöqtəsi
Bu roman, bu kitabın yox nöqtəsi
Sanki mələklər utanır ahlardan
Bu pəncərələrin qapanır pərdəsi

(Nəqarət: Qaraqan)
Və rəqs edərik səhərə kimi səninlə
Bu mahnının olmasın nəqarəti
Sadəcə qulaq as, sakitcə dinlə
Saksafon və qadın ətri

(verse: Qaraqan)
Mən tapa bilmirəm hisslərimin adını
Sən sanki içki, siqaret, pis vərdiş
Mən sənlə qalardım bəlkə də əbədi
Amma ki, şairlər içlərində dərviş
Mən tapmalıyam Allahı səhrəlarda
Ya da ki, fahişələr həqiqəti pıçıldar
Mən Ardı »

HostMən inanmıram

(Nəqarət: Qaraqan)
Mən inanmıram, mən görürəm gecələr ancaq ulduzları
Mən inanmıram, mən görürəm bəyaz səmada ancaq günəşi
Mən inanmıram, hiss edirəm havanı, küləyi, dənizləri
Mən inanmıram, bəsdi danışmayın mənə yalan hekayələri

(verse: Qaraqan)
Mən inanmıram sizə, siz qəzetlər, verlişlər, kanallar, dalğalar, xəbərlər
Mən inanmıram sizə, siz valideynlər, qohumlar, ailəvi nəsihətlər, tərbiyələr
Mən inanmıram sizə, siz müəllimlər, məktəblər, dərsliklər, imtahanlar, qiymətlər
Mən inanmıram sizə, siz şayələr, dedilər, qodular, nağıllar və qeybətlər
Mən inanmıram sizə, siz sevgilər, 8 Mart, Valentine, üzüklər, nişanlar
Mən inanmıram sizə, siz mollalar, yalançı nəzirlər, ikiüzlü imamlar
Mən inanmıram sizə, siz matəmlər, tətillər, qara günlər, ağ günlər, bayramlar
Mən inanmıram sizə, siz insanlar, insanlar, insanlar, insanlar
Mən inanmıram sizə, siz banklar, kreditlər, maaşlar, Ardı »