Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim9. Əl-Tovbə (Tövbə) surəsi

9. Əl-Tovbə (Tövbə) surəsi

1. Allahdan və Onun Peyğəmbərindən saziş bağladığımız müşriklərə (onlarla olan əhdlərinin pozulması, əlaqələrin kəsilməsi barədə) bir xəbərdarlıq!

2. (Ey müşriklər!) Yer üzündə dörd ay sərbəst gəzib dolaşın və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz (Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz). Allah kafirləri (dünyada və axirətdə) rüsvay edəcəkdir!

3. Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc. qurban bayramı və ya Ərəfə günü) insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara bilməzsiniz. Ardı »

Qurani Kerim89. Əl-Fəcr (Dan yeri) surəsi

89. Əl-Fəcr (Dan yeri) surəsi

1. And olsun dan yerinə.

2. And olsun on gecəyə (zülhiccə ayının birinci, yaxud ramazan ayının sonuncu on gecəsinə).

3. And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata. cüt olan hər şeyə, yaxud Qurban bayramına və yaxud Ərəfə gününə).

4. And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!

5. Məgər bunlarda (qiyamətin haq olması barədə) ağıl sahibi üçün and yoxmudur?!

6. (Ya Peyğəmbər!) məgər görmədinmi ki, Rəbbin nələr etdi Ada (Hud peyğəmbərin Ad qövmünə)?!

7. Sütunlar sahibi (və ya: sütun kimi uca boylu) İrəmə (İrəm camaatına)?!

8. (Elə bir qövm Ardı »

Qurani Kerimər-Rəd (Göy gurultusu) surəsi

.13.
ər-Rəd (Göy gurultusu) surəsi
(Məkkədə, bəzilərinə görə isə tamamilə, yaxud qismən Mədinədə nazil olmuşdur, 43 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Əlif, Lam, Mim, Ra! Bunlar Kitabın (Quranın) ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır, lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (ona) inanmaz.
2.Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan (ərş üzərində bərqərar olan), müəyyən vaxta (dünyanın axırına -qiyamətə) qədər (səmada) dolanan Günəşi və Ayı ram edən, bütün işləri yoluna qoyan, ayələri müfəssəl izah edən məhz Allahdır. (Bütün bu dəlillərdən sonra) Rəbbinizlə qarşılaşacağınıza (qiyamət günü dirilib haqq-hesab üçün hüzurunda duracağınıza), bəlkə, inanasınız!
3.Yeri (insanların və başqa canlıların yaşaya bilməsi üçün) döşəyən (uzadıb genəldən), orada möhkəm Ardı »

Qurani Keriməl-Qəsəs (Əhvalat) surəsi

.28.
əl-Qəsəs (Əhvalat) surəsi
(Məkkədə nazil olmuşdur, 88 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ta, Sin, Mim!
2.Bu, (haqqı batildən ayıran, möcüzələri, hökmləri) açıqaydın Kitabın ayələridir!
3.Biz2 inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik.
4.Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qadınlarını (qızlarını) isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi!
5.Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək.
6.Və onları yer üzündə (Misirdə, Ardı »

Qurani Keriməz-Zuha (Səhər və ya Səhər işığı) surəsi

.93.
əz-Zuha (Səhər və ya Səhər işığı) surəsi
(Məkkədə nazil olmuşdur, 11 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun səhərə;
2.And olsun sakitləşməkdə olan (və ya: getdikcə zülməti artan) gecəyə ki,
3.(Sənə bir neçə gün vəhy nazil etməməklə) Rəbbin səni (ya Peyğəmbər!) nə tərk etdi, nə də sənə acığı tutdu.
4.Şübhəsiz ki, axirət sənin üçün dünyadan daha xeyirlidir!
5.Həqiqətən, Rəbbin sənə (qiyamət günü ən uca şəfaət məqamı, Cənnətdə tükənməz nemətlər) bəxş edəcək və sən (Ondan) razı olacaqsan!
6.Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!
7.Səni şaşqın (uşaq vaxtı Məkkə vadisində azmış) vəziyyətdə tapıb yol göstərmədimi?!
8.Səni yoxsul ikən tapıb dövlətli etmədimi?!
9.Elə isə yetimə zülm etmə!
10.Dilənçini Ardı »

Qurani Keriməl-Əsr (Axşam çağı) surəsi

.103.
əl-Əsr (Axşam çağı) surəsi
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,
2.İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir1?
3.Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!) Ardı »

Qurani KerimTaha surəsi

.20.
Taha surəsi
(Məkkədə nazil olmuşdur, 135 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ta, Ha!
2.Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik2! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi).
3.(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).
4.O, yeri və uca göyləri yaradandan (Allahdan) nazil olmuşdur.
5.Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).
6.Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.
7.(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsan da (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin Ardı »

Qurani KerimFussilət (Müfəssəl izah edilmiş) surəsi

.41.
Fussilət (Müfəssəl izah edilmiş) surəsi
(Məkkədə nazil olmuşdur, 54 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ha, Mim!
2.(Bu Quran) mərhəmətli, rəhmli (olan Allah) tərəfindən nazil edilmişdir.
3.(O) ərəbcə Quran olaraq bilən bir qövm üçün ayələri müfəssəl izah edilmiş2 bir kitabdır.
4.(Bu Quran) həm (möminlərə Cənnətlə) müjdə verəndir, həm də (kafirləri cəhənnəm əzabı ilə) qorxudan. Onların (Məkkə əhlinin) əksəriyyəti (Qurandan) üz döndərib (onu) dinləməz (Allah kəlamının qüdsiyyəti, hikməti haqqında düşünməz).
5.(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə (tövhid dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də Ardı »