Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kerim59. Əl-Həşr (Toplanma) surəsi

59. Əl-Həşr (Toplanma) surəsi

1. Göylərdə və yerdə nə varsa, (hamısı) Allahı təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

2. Kitab əhlindən kafir olanları (Mədinə ətrafında yaşayıb Muhəmməd əleyhissəlamın peyğəmbərliyini inkar edən Bəni Nəzir qəbiləsini) ilk dəfə (bir yerə) toplayıb öz yurdundan çıxardan (Şama sürgün edən) Odur. (Ey möminlər!) Siz onların (öz yurdundan) çıxacaqlarını güman etmirdiniz. Onlar isə öz qalalarının onları Allahdan (Allahın əzabından) qoruyacağını zənn edirdilər. Amma Allah (Allahın əzabı) onlara gözləmədikləri yerdən gəlib ürəklərinə qorxu saldı. Belə ki, onlar evlərini həm öz əlləri, həm də möminlərin əlləri ilə uçurdub dağıdırdılar. Ey bəsirət sahibləri! (Bəni Nəzir qəbiləsinin başına gələnlərdən) ibrət alın!

3. Ardı »

Qurani KerimQuran

Quran (Qurani Kərim, Qurani Şərif) (ərəbcə: القُرآن əl-quran) İslam dininin müqəddəs və ən əsas kitabı. İslam dinində Quran Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə onları Hz.Məhəmmədə vəhy eyləyib.

Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində – 23 ilə hissə-hissə nazil olunmasıdır. Quran Allah tərəfindən birbaşa deyil mələk – Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzilərinə görə Bəqərə surəsinin sonuncu 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə (s) Ardı »

Qurani Keriməd-Duxan (Duman) surəsi

.44.
əd-Duxan (Duman) surəsi
(Məkkədə nazil olmuşdur, 59 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Ha, Mim!
2.(Haqqıdan ayıran) açıq-aydın Kitaba and olsun ki,
3.Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vasitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!
4.Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur –
5.Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk –
6.Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (Ya Rəsulum!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
7.O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir!)
8.Ondan başqa heç bir tanrı Ardı »

Qurani Kerimən-Nəcm (Ulduz) surəsi

.53.
ən-Nəcm (Ulduz) surəsi
(Məkkədə nazil olmuşdur, 62 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Batmaqda olan ulduza2 (Sürəyya ulduzuna) and olsun ki,
2.Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır3!
3.O, həva-həvəslə danışmır (nəfsinə uyub kefi istəyəni) demir.
4.Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.
5.Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.
6.O qüvvət sahibi (səmada öz həqiqi surətində) bərqərar oldu (Peyğəmbərə olduğu kimi göründü).
7.O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi4.
8.Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.
9.(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.
10.Sonra (Cəbrail5 Allahın) Öz bəndəsinə (Muhəmmədə) vəhy buyurduğunu vəhy etdi.
11.Qəlb Ardı »

Qurani Kerim84. Əl-İnşiqaq (Yarılma) surəsi

84. Əl-İnşiqaq (Yarılma) surəsi

. Göy yarılacağı,

2. Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman.

3. Yer uzanıb dümdüz olacağı.

4. Qoynunda olanları bayıra atıb boşaldacağı.

5. Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!

6. Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)

7. Kimin əməl dəftəri sağ əlinə verilmişsə,

8. Onun yüngül haqq-hesab çəkiləcək

9. Və Ardı »

Qurani KerimQaf surəsi

.50.
Qaf surəsi
(Məkkədə nazil olmuşdur, 45 ayədir)
Bismillahir–rəhmanir-rəhim!

1.Qaf! (Ya Peyğəmbər!) Şanlı Qurana and olsun (ki, Məkkə müşrikləri sənə iman gətirmədilər)!
2.Bəli! Özlərindən (Onları Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəldiyinə təəccüb etdilər. Kafirlər dedilər: “Bu əcaib bir şeydir! (İnsandan da peyğəmbər olarmı?! Ancaq mələk peyğəmbər ola bilər!)
3.Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!”
4.Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onları tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır!
5.Lakin onlara haqq (Quran) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (şaşqınlıq) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da Ardı »

Qurani Kerim34. Səbə (Səba) surəsi

34. Səbə (Səba) surəsi

1. Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!

2. Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. (Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!

3. (Ayələrimizi) inkar edənlər: "Qiyamət bizə gəlməyəcəkdir!" - dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: "Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!"

4. (Bütün bunlar ona görədir ki, Ardı »

Qurani Kerim53. Ən-Nəcm (Ulduz) surəsi

53. Ən-Nəcm (Ulduz) surəsi

1. Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsun ki,

2. Sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır!

3. O, kefi istəyəni (havadan) danışmır.

4. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.

5. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi.

6. O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü.

7. O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi.

8. Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi.

9. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu.

10. Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi.

11. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə Ardı »