Qurani Kerim → ət-Tariq (Gecə gələn) surəsi
.86.
ət-Tariq (Gecə gələn) surəsi
(Məkkədə nazil olmuşdur, 17 ayədir)
Bismillahir–rəhmanir-rəhim!
1.And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)
2.(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!
3.O, (zülməti) yaran (parlaq) bir ulduzdur2!
4.Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!
5.Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!
6.O, axıb tökülən bir sudan3 (nütfədən) yaradılmışdır.
7.(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!
8.Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir!-
9.Bütün sirlərin aşkar olacağı o qiyamət günü4;
10.(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvvəsi, nə də bir köməkçisi Ardı »