Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DualarDUANIN ƏDƏBLƏRİ (ııı-hissə)

17. Müsəlman kişi və qadınlar üçün bağışlanma diləmək
Allah-təala Məhəmməd Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) əmr edərək belə buyurmuşdur:

فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ?

“(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir haqq ilah yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! ” [1]

Nuh Peyğəmbərin (aleyhi-s-səlləm) belə dediyini buyurmuşdur:

رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا?

“Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (Qiyamət gününə qədər Ardı »

DualarDUA EDƏRKƏN YOL VERİLƏN XƏTALAR

Elə insanlar vardır ki, dua edərkən dində heç bir əsası olmayan müxtəlif xətalara yol verər və özlərinin etdikləri dualarına görə Allah yanında savab qazandıqlarını iddia edərlər. Halbuki, etdikləri əsassız dualar onların savab deyil, əksinə, günah qazanmalarına, hətta, etdikləri dualarında Allaha şərik qoşarlarsa, İslam dinindən belə çıxmalarına səbəb ola bilər. Dua edərkən yol verilən xətalardan bir neçəsi bunlardır:

Allahdan qeyrisinə - ağaca, qəbirə, pirə, daşa, övliyalara, vəfat etmiş saleh insanlara və s. dua edərək onlardan kömək istəmək
Keçən ayə və hədisdən[1] bizə məlum oldu ki, dua etmək ibadətdir. İbadəti isə Allahdan qeyrisinə etmək isə ən böyük və bağışlanmayan bir günah sayılır ki, buna Ardı »

DualarDUANIN GEC QƏBUL OLMASININ, YAXUD DA HEÇ QƏBUL OLMAMASININ SƏBƏB VƏ HİKMƏTLƏRİ

Möminin başına gələn imtahanlardan biri də odur ki, Rəbbinə üz tutaraq təkrar-təkrar, uzun müddət və səmimi qəlbdən dua edə, lakin duasının qəbul olduğunu hiss etməyə. O zaman bunu görən Şeytan fürsətdən istifadə edərək həmin insana vəsvəsə verər və Rəbbi barədə cürbəcür pis zənlərə qapanmasına çalışar.
Lakin kimin başına belə bir iş gələrsə, Şeytanın vəsvəsələrinə uymayaraq, Rəbbi barəsində gözəl zəndə olsun və bilsin ki, əgər o duanın qəbul olması üçün bütün şərtləri yerinə yetirərək, səmimi qəlbdən Allaha dua etdikdən sonra duasının qəbul olmamağında böyük bir hikmət vardır ki, bunu da yalnız hər şeydən xəbərdar və hikmət sahibi olan Allah daha gözəl biləndir.
Yeri Ardı »

DualarMəscidə girərkən edilən dua

(1)-(( أَعُوذُ بِاللهِ الْعَظِيمِ ، وَبِوَجْهِهِ الْكَرِيمِ ، وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّـيْطَانِ الرَّجِيمِ [بِسْمِ اللهِ ، وَالصَّـلاَةُ] [وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ] اللَّهُمَّ افْـتَحْ ليِ أَبْوَابَ رَحْمَتِكَ ))
«Əuzu bi-l-ləhi-l-azım, va bivachihi-l-kərim, va sultanihi-l-qadim minə-ş-şeytani-r-racim [Bismi-l-ləh, va-s-salətu] [va-s-sələmu alə rasuli-l-ləh] Allahummə-ftəh li əbvabə rahmətikə»

(Lənətlən¬miş şeytandan Uca Allaha, Onun kəra¬mətli üzünə və Əzəli hökmdar¬lığına sığınıram [Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun ] Allahım! Mənə rəhmətinin qapılarını aç).

(1) Əbu Davud, 1/126; həmç. bax: «Səhih əl-cami», 1/528 Ardı »

DualarMöminin silahı - DUA

Şübhəsiz ki, həmd Allah üçündür. Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərrindən, əməllərimizin pisliklərindən Ona sığınırıq. Allah kimə hidayət verərsə onu azdıran olmaz, Allah kimi azdırarsa ona hidayət verən olmaz.

Allahdan başqa ilah olmadığına şəhadət edirəm. O, təkdir və ortağı yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd (s.ə.s) Onun qulu və elçisidir. ?Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!? (Ali İmran, 102)

?Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin Ardı »

DualarOruc tutanın, iftarını açarkən etdiyi dua

Zəhəbə-z-zəmə’u vabtəlləti-l-uruq va səbətə-l-əcr in şə’Allah
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

Allahummə inni əs'əlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla). Ardı »

DualarTəzə paltar geyin kimsə üçün bu duanı edirsən

(( تُبْلِي وَيـُخْلِفُ اللهُ تَعَالىَ ))
1- «Tubli va yuxlifu-l-lahu təala»
(O gün olsun paltarın köhnəlsin, Allah-təala yenisini versin)- (1)

(( اِلْبِسْ جَدِيدًا ، وَعِشْ حَمِيدًا ، وَمُتْ شَهِيدًا ))
2- «İlbis cədidən, va iş həmidən, va mut şəhidən»
(Təzə paltar geyinəsən, həmd edərək yaşayasan, şəhid olub dünyanı tərk edəsən)- (2)

(1) Əbu Davud, 4/41.
(2) İbn Macə, 2/1178; əl-Bəğvi, 12/41; həmç. bax: İbn Macə, dəqiq. nəşri, Ardı »

DualarPEYĞƏMBƏRLƏRİN VƏ SALEH İNSANLARIN QƏBUL OLUNMUŞ DUALARINDAN BİR NEÇƏ NÜMUNƏ

ADƏM PEYĞƏMBƏRİN DUASI
Adəm (aleyhissələm) İblisin hiyləsinə aldanır və Allah-təalanın ona qadağan etdiyi ağacdan dadaraq Allaha asi olur. Necə ki, Allah-təala buyurmuşdur:

فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَآنَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ›

Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi? ” [1]
Bundan Ardı »