Dualar → DUA EDƏRKƏN EDİLƏN XƏTALAR
Dua edərkən insanların bəzilərinin düşdüyü bir çox xəta vardır. Bu xətalar duada həddi aşmağa yol açır. Bunlardan bəzilər:
1-Duanın şirk olan bəzi təvəssülləri özündə cəm etməsi:
Yəni Allahdan başqa bir insana, daşa, ağaca və ya bir cinə dua edilməsi kimi. Bu növ dua həddi aşmanın ən çirkinidir. Çünki dua ibadəttdir, ibadəti başqasına sərf etmək isə şirkdir. Şirk isə, Allaha asi olmada günahların ən böyüyüdür.
2-Duada bidət təvəssüllərin olması:
Peyğəmbər (s.ə.s)-in və ya məqamı ilə təvəssül etmək kimi. Bu şəkildə təvəssül etmək bidət bir təvəssüldür. Dinin binası, ittiba (izləmək) üzərindədir, bidət üzərində deyil. Çünki bidət küfrün xəbər gətirənidir.
3-Ölümü təmənna eləmək:
Bəzi insanlar bəla artdığı zaman və Ardı »