Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanƏkbər Qocayev

Həyatı[redaktə]
Qocayev Əkbər Ədilxan oğlu 1956-cı ildə Qərbi Azərbaycanın Amasiya bölgəsinin Çaybasar kəndində anadan olub.

1978-ci ildə Həsən bəy Zərdabi adına Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1978-1991-ci illərdə Oğuz rayonunda orta məktəblərdə müəllim, tədris işləri üzrə direktor müavini və direktor, 1992-2001-ci illərdə Sumqayıt şəhərində yerləşən liseydə tədris işləri üzrə direktor müavini, 2001-2007-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tarix kafedrasının müdiri vəzifəsində çalışıb. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, A.Hüseynzadə adına 20 saylı orta məktəbin direktoru vəzifəsinə təyin edilib.

Öz mənalı ömrünün son günlərinə kimi həmin məktəbin direktoru vəzifəsində işləyib.

O, 14 adda "Azərbaycan tarixi" və "İnsan və Ardı »

Qərbi AzərbaycanArdanış - İqlim göstəriciləri

Ardanış kəndi mülayim iqlim qurşağında yerləşir. Dağ-meşə və dəniz iqlimi mövcuddur. Ümumi günəş radiasiyası 135 kkal/kv. sm-ə çatır. Havanın orta temperaturu yanvarda düzənlikdən dağlara doğru 0-dan – 15 dərəcəyədək dəyişir. İyulda orta temperatur +15-dən +35 dərəcəyədək olur.

Ən çox yağıntı may ayında olur. Yağıntının orta illik miqdarı 350-400 mm-dir. Torpağın qumsal olması ilə əlaqədar yağışın çox yağması Ardanışda çətinlik yaratmırdı, əksinə burada bol yağıntı ruzi-bərəkət hesab olunurdu. Kəndin (yaşayış sahəsinin) əksər hissəsi qumsal torpaqlarda yerləşdiyindən, güclü yağışdan sonra palçıq əmələ gəlmirdi.

Havası yayda sərin, qışda isə soyuq olmaqla, qurudur. Ətraf ərazilər tamamilə alp və subalp çəmənlikləridir. Havanın quruluğu yüksəkliyə görə təzyiqin aşağı olmasını Ardı »

Qərbi AzərbaycanÇobankərə

Çobankərə — Qərbi Azərbaycanda (indiki Ermənistanda) kənd.

Tarixi[redaktə]
Çobankərə kəndi Xatunarx kəndindən 3 km aralıdır. Kəndlər Eçmiədzin rayonuna daxil idi, lakin 1937-ci ildən sonra Ermənistanın Zəngibasar rayonunun tabeliyinə verildi.

Çobanqara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonu ərazisində kənd. Zəngi çayı ilə Qarasu çayının arasında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində (348, s.286) qeyd edilmişdir. 1930 - cu ildə ləğv edilmişdir.

Toponim çobankərə türk etnonimi (386, s.631) əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi[redaktə]
Böyük Çobankərə – 1918-ci il. 5000 nəfər olmuşdur. Daşnakların soyqırım siyasətinin ilk qurbanlarından biri də bu kənd olmuşdur. Dro və Andranikin əmri ilə daşnak qoşunu kənddə fəlakət törətmiş, o quduz cəlladlar Ardı »

Qərbi AzərbaycanƏyricə (qışlaq)

Əyricə - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Çəmbərək (Krasnoselo) rayonunda qışlaq. Rayondakı Toxluca kəndinin ərazisində, Ağbulaq kəndi ilə sərhəddə yerləşir.

XI-XIII əsrlərdə bura kənd olmuşdur. Sonralar kənd ləğv edilmiş, qışlağa çevrilmişdir. 1960-cı ildən sonra Toxluca kəndinin qoyun ferması yerləşirdi. Ardı »

Qərbi AzərbaycanKərim Paşayev

Həyatı[redaktə]
1925-ci il fevralın 2-də Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından şeirə, sənətə böyük maraq göstərib və 12 yaşından başlayaraq xalası oğlunun - Göyçənin tanınmış ustad aşıqlarından olan Aşıq Niftalının yanında şagirdlik etməyə başlayıb. Bu sənətin dərin incəliklərinə yiyələnən, sənəti gözəl tərzdə qavrayan Aşıq Kərim qısa müddət ərzində bu sənətdə məşhurlaşıb. Aşıq Niftalının ən bacarıqlı və ən çox sevdiyi şagirdlərindən biri olub.

1943-cü ilin fevralında Aşıq Kərimin 18 yaşı tamam olur və elə həmin ilin sentyabrın 22-də hərbi xidmətə yola düşür. Etdiyi xidmət boyu o sıravi əsgər-snayper olub. Böyük Vətən Müharibəsində faşizmə qarşı mərdliklə vuruşan Kərim döyüşdə göstərdiyi şücaətə, Ardı »

Qərbi AzərbaycanDaşkənd (Göyçə)

Haqqında[redaktə]
Qədim Azəri-türk yurdu olan Daşkənd kəndi indiki Ermənistan ərazisindəki Göyçə mahalının Şərq hissəsində yerləşmiş qədim tarixə malik bir kənddir. Kənd Aşağı Şorça, Yuxarı Şorca, Qoşabulaq, Qayabaşı, Sarıyaqub kəndləri ilə əhatə olunmuşdur.

İnzibati cəhətdən Basarkeçər (indiki Vardenis) rayonunun azərbaycanlı kəndlərindən ərazicə və əhalinin sayına görə ən böyüyü olmuşdur.

Kənddən azərbaycanlılar qovulmamışdan əvvəl bir orta məktəb, uşaq bağçası, xəstəxana, məişət evi fəaliyyət göstərmişdir.

Kəndin relyefi onu iki hissəyə ayıran qayalar silsiləsindən ibarətdir. Kənddə iki alban məbədi mövcuddur. Qaya silsiləsində dörd böyük mağara var. Erməni işğalçıları kəndin adını dəyişərək Ayrk qoymaqla sanki türk izini silməyə çalışmışlar. Halbuki, bu kənd Azərbaycan aşıq məktəbinə Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Ardı »

Qərbi AzərbaycanNamiq Məmmədov

Namiq Məmmədov - “CASPEL” MMC-nin İdarə Heyətinin sədri

Həyatı[redaktə]
Namiq Məmmədov 1976-ci ildə Ermənistan Respublikası Quqark rayonunda ziyalı ailəsində anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini, 2008-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib.

1999-ci ildən “Kaspian Amerikan Telekom” şirkətində satış üzrə menecer, daha sonra Regional Satış və Marketinq Departamentində müdir vəzifəsində işləyib.

2002-ci ildə “Kaspian Elektroniks” şirkətində baş menecer vəzifəsinə, 2005-ci ildən etibarən isə “CASPEL” MMC şirkətinə Baş direktor vəzifəsinə təyin olunub.

Hal hazırda “CASPEL” MMC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyir. Ardı »

Qərbi AzərbaycanPəmbək çayı

Pəmbək çayı (erm. Փամբակ գետի (Pambak qeti)) — Ermənistanda çay, Tona (erm. Դեբեդ գետի (Debed qeti), (gürc. დებედა (Debeda)) çayının sağ qolu.

Pəmbək çayı İrəvan quberinyasının Aleksandropol qəzasında, indi Quqark rayonu ərazisində çaydır. Uzunluğu 86 km-dir. Hidronim türk dilində «dar çay vadisində hündür, dik qayalıq bənd», «çayın içərisinə doğru uzanmış hündür, sıldırım burun və sahil boyu çətinləşdirilmiş yer», «çay içərisində qırılmış qayalıq» mənasında işlənən bom // boom sözü ilə, «hündür, yüksəklik, başlanğıc» mənasında işlənən bak sözünün mənasında işlənən bom // boom sözü ilə birləşməsindən əmələ gəlib.

Sağ qolları: Qoçqara, Hallavar, Vəng-dzor, Karpi, Sisimədən, Çanaxçı
Sol qolları: Çaçxan, Çələbi, Zamanlı, Kolagirən, Ardı »