Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanNamiq Nəbiyev

Həyatı[redaktə]
Namiq Nəbiyev 1968-ci ildə Göyçə mahalının Zərkənd kəndində dünyaya gəlib. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildən 2000-ci ilədək 3 saylı vərəm əleyhinə dispanserin baş həkimi, 2000-ci ildən isə 3 saylı şəhər klinik xəstəxanasının yoluxucu xəstəliklər şübəsinin müdiri işləyib. 2006-cı ildə tibb elmləri namizədi alimlik dərəcəsi alıb. Bir sıra mükafatlarla ("Avropa nəşr evi"nin diplomu və medalı, H.Z. Tağıyev adına mükafat, "Hippokrat" jurnalının "Şəfalı əllər" diplomu və s.) təltif edilib, eyni zamanda Azərbaycan Səhiyyə Nazirliyinin "Əlaçı həkim" ordenini alıb, Azərbaycan Veteranlar Birliyinin Fəxri Fərmanına layiq görülüb, Bakı Baş Səhiyyə İdarəsinin bir nezə dəfə "Təşəkkürnamə"sini alıb.

Ailəlidir. Ardı »

Qərbi AzərbaycanToxluca - İqtisadiyyatı

Ermənistanda ilk azərbaycanlı Sovxoz təsərrüfatı olub (1956). Uzun müddət Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat sovxozu kimi fəaliyyət göstərib. 1956-61-ci illərdə Nazirliyin nümayəndələri olan alimlər Sovxoz direktoru kimi işləsələr də, Sovxoza cins qoyunçuluq birliyinin müdiri və Sovxozun partkomu olan Təşkilat Bayram kimi tanınan (Bayramov Bayram Qurban oğlu ) islahatçı gənc rəhbərlik etmişdir. Bu dövrdə Sovxoz -Elmi Tədqiqat stansiyası kimi Rusiyanın Stavropol diyarının iri qoyunçuluq təsərrüfatları və elmi-tədqiqat müəssisələri ilə təcrübə mübadiləsində olmuşdur. Təsərrüfat respublikada cins qoyunçuluq sovxozu kimi şöhrət qazanıb. Sovxoz təsərrüfatında 24500 baş xırda heyvan, 3200 baş mal-qara saxlanırdı. Bu qədər də camaatın şəxsi təsərrüfatında mal-qoyun olmuşdur.İqtisadiyyatda arıçılıq, heyvandarlıq, taxılçılıq və Ardı »

Qərbi AzərbaycanXanlar Şirinov

Xanlar Şirinov - Fizia-riyaziyyat elmləri doktoru, professoru

Həyatı[redaktə]
Xanlar Şirinov 1906-cı ildə Qubadlı rayonunun Abdalanlı kəndində anadan olmuşdu. Kənddə orta məktəbi bitirdikdən sonra 1923-cü ildə Bakıya gələrək fəhlə fakultəsinə daxil olur. Oranı bitirirdikdən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olur. Universiteti bitirdikdən sonra 1931-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunda "Fizika" kafedrasında müəllim işləməyə başlayır. 1941-ci ildə II Dünya Müharibəsi onun pedaqoji fəaliyyətini dayandırmağa məcbur etdi və 416-cı Taqanroq diviziyasının alay komandirinin siyasi məsələlər üzrə müavini kimi döyüşlərdə iştirak edir. O, bu diviziyanın tərkibində də fərqlənmişdir. Belə ki, 1943-cü ildə Qafqaz cəbhəsinin Kaputçino-Didinkino rayonunda gedən ağır döyüşlərdə göstərdiyi şücaətə görə "Qızıl ulduz" ordeni Ardı »

Qərbi AzərbaycanKərbəlayı İsmayıl

Kərbəlayı İsmayıl — Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biridir. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökümətə qarşı güclü müqavimət ruhu baş qaldırmışdı. O dövrdə Lənkəran ətrafinda gedən müqavimət hərəkatına Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq etmişlər.
Həyatı[redaktə]
Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. Ömrünün böyük hissəsini ermənilərin soyqırımı həyata keçirdikləri türk torpaqlarında tarixi cinayətlərin baiskarlarına qarşı mübarizədə keçirib. 1931-ci ildə o, Araz çayını keçərək Daşburuna gəlib. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bundan sonra o, daşburunlularla birlikdə türk Ardı »

Qərbi AzərbaycanFaiq Cəfərov (professor)

Faiq İlahi oğlu Cəfərov - Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Tibb Universitetinin normal fiziologiya kafedrasının müdiri, tibb elmləri doktoru (1990), professor (1991), 91-lərdən.

Həyatı[redaktə]
Faiq İlahi oğlu Cəfərov 1940-cı ildə Zəngəzur mahalının Nüvədi kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Tibb İnstitutunun pediatriya fakültəsinə daxil olmuş və 1963-cü ildə institutu fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə aspiranturada saxlanılmışdır. 1967-ci ildə o, namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi elmi adına layiq görülmüş, Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasında, baş laborant, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır.

1972-1978-ci illərdə F.Cəfərov müalicə-profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri, 1978-1993-cü illərdə isə Həmkarlar Komitəsi rəyasət Ardı »

Qərbi AzərbaycanEldar Abbasov

Həyatı[redaktə]
Travmatoloq-ortoped Professor Dr. Abbasov Eldar 1974-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1 il Travmatologiya və Ortopediya kafedrasında asissent kimi çalışmışdır.

1975-1987-ci illərdə Moskvada Elmi Tədqiqat Revmatologiya İnstitutunda çalışmış, Tibb elmləri namizədliyini və doktorluğunu müdafiə etmişdir. 1995-2006-cı ildə Elmi Artrologiya şöbəsinin direktoru olmuşdur.

Hal-hazırda ATU-nun Travmatologiya və Ortopediya kafedrasının professorudu. 100-dən artıq elmı məqaləsi və monoqrafiyası çap olunub.

Travmatoloq-ortoped Professor Dr.Abbasov Eldar Oksigen Klinik Xəstəxanasında xəstələrin muayinə və müalicəsini həyata keçirir. Ardı »

Qərbi AzərbaycanŞəmsi Rəhimov

Həyatı[redaktə]
Rəhimov Şəmsi Nuru oğlu 1924-cü ildə Ermənistan SSR-in Qafan rayonunun Gövdəkli kəndində müəllim ailəsində anadan olub.

1942-ci ildə kənd orta məktəbinin 10-cu sinfindən Sovet Ordusu sıralarına çağrılıb.

1943-1945-ci illərdə ordu sıralarında vzvod komandiri, 1946-1949-cu illərdə Bakı və Gəncə hərbi hissələrində Dövlət Təhlükəsizlik Komitəsininin əməliyyat işçisi, sonra rəhbər işçilərindən olub.

1962-ci ildə BDU-nun hüquq fakültəsini qiyabi yolla bitirmişdir. Birinci dərəcəli Vətən Müharibəsi ordeni və 14 medalla təltif edilmişdi.

1985-ci ildə istefaya çıxır və 1990-cı ilədək mülki vəzifələrdə işləyir.

1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi təyin edilir.

29 sentyabr 1994-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Ardı »