Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qərbi AzərbaycanRazim Məmmədov

Razim Məmmədov - Xətai Rayon İcra Hakimiyyətinin başçısı.

Həyatı[redaktə]
Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

İlk əmək fəaliyyətinə 1983-cü ildə “Azərittifaq”ın Kitab Ticarəti idarəsində fəhlə və komplektləşdirici kimi başlayıb. 1984-1986-cı illərdə hərbi xidmətdə olub.

1991-ci ildə Moskva Kooperasiya İnstitutunun Əmtəəşünaslıq fakültəsini, 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir. Üç övladı var. Ardı »

Qərbi AzərbaycanZeynal Məmmədli

Həyatı[redaktə]
Zeynal Məmmədli 1953-cü il may ayının 5-də Qərbi Azərbaycanda Qarsa yaxın Güllübulaq kəndində dünyaya göz açıb. 5-6 yaşından Bakıda yaşayır. Uşaqlığı Bakı ilə bağlıdır.

1970-ci ildə orta məktəbi bitirib. 1970-1976-cı illərdə BDU-da və MDU-da jurnalistika təhsili alaraq, TV və radioda ədəbi işçi, jurnalist ixtisasına yiyələnib.

1976-1981-ci illərdə Azərbaycan (SSR) Dövlət Teleradio Komitəsində kiçik redaktor, redaktor, böyük redaktor vəzifələrində çalışıb.

1981-ci ildən (31 ildir) Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, tanınmış media eksperti Zeynal Məmmədli BDU-dan öz ərizəsi ilə işdən azad olunub.

1992-2008-ci illərdə „Azadlıq", „PressFakt" və digər qəzetlərdə məsləhətçi-redaktor, „İnternyus" təşkilatında prodüser, Niderland Jurnalistika Kurslarında təlimçi-müəllim vəzifələrində çalışıb.

1981-ci ildən TV və radio jurnalistikası kafedrasında çalışır.

1986-cı Ardı »

Qərbi AzərbaycanYanıqpəyə (Qaraqoyunlu)

YANIX PƏYƏ (1978-ci ildən MEŞƏKƏND, 1991-ci ildən ANTARAMEQ) - Qаrаqоyunlu mahalında kənd. İndiki adı Antaramec.

Haqqında[redaktə]
YANIX PƏYƏ (1978-ci ildən MEŞƏKƏND, 1991-ci ildən ANTARAMEQ) Ermənistan SSR-in Mixaylovka – Çəmbərək rayonunda, rayon mərkəzindən 33 km şimal-qərbdə azərbaycanlılar yaşamış kənd. 1931-ci ildə burada 197 nəfər azərbaycanlı yaşayıb. 1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.

Tarixi[redaktə]
Yanıqpəyə kəndi Qafqaz və Zaqafqaziya diyarı idarəsinin dəyişdirilməsi haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmış Yelizavetpol quberniyasının Qazax qəzasına aid olmuşdur. 1918-ci ildən 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daxilində mövcud olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qazax qəzasında hərbi inqilab komitəsi yaradıldı. Ermənistanda sovet Ardı »

Qərbi AzərbaycanFirudin Rəsulov

Firudin Yusif oğlu Rəsulov — jurnalist.

Həyatı[redaktə]
1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən «Abşeron» qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu «Kommunist» (indiki «Xalq qəzeti») qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə «Həyat» qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub.

Hazırda pensiyada olan F.Rəsulov 2002-ci Ardı »

Qərbi AzərbaycanMalik Abdullayev

Həyatı[redaktə]
Malik Abdullayev 1952-ci ildə Basarkeçərin Nərimanlı kəndində anadan olub.

Malik Abdullayev Basarkeçərin Nərimanlı kəndində orta məktəbini 1969-cu ildə başa vurub, imtahanları uğurla verib ali məktəbə, BDU-nun Tətbiqi riyaziyyat və mexanika fakültəsinə daxil olub.

1974 - cü ildə Malik Abdullayev ali məktəbdə təhsilini başa çatdırdıqdan sonra gənc mütəxəssis kimi təyinatla Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutuna göndərildi.

1974-cü ildən 1980-ci ilədək kiçik elmi işçi kimi həmin institutda çalışır, istehsalatdan ayrılmadan aspiranturaya daxil olur.

Sonra isə əmək fəaliyyətini “Dənizneftqazlayihə” Dövlət Elmi-Tədqiqat və Layihə institutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və bölmə müdiri kimi davam etdirdi.

1993-cü ildən 2000-ci ilədək Azərbaycan Dövlət Ardı »

Qərbi AzərbaycanYəhya Hacıyev

Həyatı[redaktə]
Hacıyev Yəhya Ziyəddin оğlu 1949-cu ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Gölkənd kəndində anadan olmuş, 1966-cı ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin Fiziкa fakültəsinə daxil olmuş və 1971-ci ildə ali təhsilini başa vurmuşdur.

1971-1983-cü illər ərzində Azərbaycan Elmlər Akademiyasının əvvəlcə Xəzər elmi mərkəzində, conra isə Təbii Sərvətlərin Kosmik Tədqiqatları institutunda kiçik elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir.

1972-ci ildə SSRİ EA Оkeanоlоgiya institutunda stajkeçmə üçün Moskva şəhərinə göndərilmiş, 1974-cü ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1979-cu ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri institutunun elm-tədqiqat bölməsində baş elmi işçi, 1992-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetində Ardı »

Qərbi AzərbaycanƏyricə (dağ)

Əyricə — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Göyçə gölünün şərqində yerləşir. Hündürlüyü 2660 m-dir. Ardı »

Qərbi AzərbaycanUrud

Coğrafiyası və iqlimi[redaktə]
Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir (348, s.252).

Əhalisi[redaktə]
Kənddə 1831-ci ildə 111 nəfər, 1873 - cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914 - cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır (415, s.76-77, 146-147). 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur (309, s.205). İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər (415, s.76-77, 146-147), 1987-ci ildə 16-18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında Ardı »