Qərbi Azərbaycan → Akim Abbasov
Həyatı[redaktə]
Akim Abbasov 1911-ci ildə Zəngəzur diyarının Ərikli kəndində anadan olmuşdur. Hələ körpə yaşlarından valideynlərini itirmiş, 1923-cü ilə qədər dayısı Ələkbər Ələkbərovun himayəsində böyümüşdür. Naxçıvanda olarkən 3 nömrəli Zəhmət məktəbinin uşaq evinə köçürülmüş, 1927-ci ildə Bakıya köçmüşdür. 1930-cu ildə Ə. Qarayev adına Bakı Hərbi Hazırlıq Məktəbini bitirmiş və sonra təhsilini davam etdirmək üçün Tbilisidəki Zaqafqaziya Hərbi Məktəbinə daxil olmuşdur. 1932-ci ildə buradakı təhsilini başa vurmuşdur.
Ömrünün 40 ilini orduya sərf etmiş, 7 orden və 25-dən çox medalla təltif olunmuşdur. İkinci dünya müharibəsi illərində Cənubi Qafqaz uğrunda gedən döyüşlərdə iştirak etmiş, müharibədən sonrakı illərdə polk komandiri, diviziya komandirinin müavini və komandiri vəzifələrində işləmişdir. Vaxtilə Ardı »