Maraqlı melumatlar → Yaxşı qonşuluq
Hər bir müsəlman öz həyatını yaşamaq üçün mütləq haradasa məskunlaşmalı və kiməsə qonşuluq etməlidir. Ona görə İslam şəriəti qonşuluq əlaqələrini də tənzimləmişdir. Qonşu, yaxınlıqda yaşayan insanlar deməkdir. Onlara yaxşılıq etmək əmr olunur.
Allah taala buyurur:
"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!" (ən-Nisa: 36).
Bu ayədə Allah taala qohum olan və ya olmayan qonşuya yaxşılıq etməyi əmr etmiş və onun əhəmiyyətini bildirmək üçün onu Özünə edilən Ardı »