Maraqlı melumatlar → QEYBƏTÇININ SIFƏTLƏRI
Qeybətçi pis qoxuludur.
Cabir (Allah ondan razı olsun) belə rəvayət etmişdir: «Rəsulullah (s.ə.v) ilə birgə idik. Külək pis qoxu gətirdi. Rəsulullah (s.ə.v) «bu qoxu nədir, bilirsinizmi?… Möminlərin qeybətini edənlərin qoxusudur» dedi (Səhihdir, Imam Əhməd).
Qeybətçi qəbir (bərzax) həyatında əzab görəcəkdir.
Rəsulullah (s.ə.v) «… bu iki nəfər təharət əsnasında üstünə sıçrayan sidiyə diqqət etmədikləri və qeybət etdikləri üçün qəbirdə əzab görürlər»- buyurmuşdur (Səhih «ət-Tərqib və ət-Tərhib» kitabından).
Qeybətçi qorxaq və şəxsiyyətsizdir. Çünki, o üz-üzə gəldikdə qəlbindəkiləri onun üzünə deməyə cəsarət etmir. Əgər cəsarətli olsaydı nə işi varsa onun üzünə deyərdi.
Qeybətçi alış-verişdə zərər etmişdir. Qeybətini etdiyi kimsəyə Ardı »