Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarAllahın izni ilə bir kəsi qorumaq üçün edilən dua

Məktəbdə və ya ümumiyyətlə məni pis insanlardan qorumaq üçün ediləcək bir dua var?

Cavab: Həmd Allaha məxsusdur.
Bəli, bir çox dualar var. Əgər müsəlman onları oxuyarsa, onu şərdən və şərli insanlardan qorumaq üçün onlar vasitə, səbəb olacaqdır.

Bu dualar aşağıdakılardır:

1. Rəvayət olunur ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: Peyğəmbər sallallahu aleyhi və səlləm Həsən və Hüseyin üçün Allahdan qorunma istəyirdi və belə deyərdi: “Sizin atanız (yəni, İbrahim) İsmayıl və İshaq üçün bunlar (bu kəlimələr) vasitəsilə Allahdan qorunma istəyirdi: “Uyizukumə bikəlimətilləhit-təmməti min kulli şəytanin və hammətin və min kulli aynin ləmmətin” (Hər bir şeytandan, zərərli həşəratdan və hər pis gözdən Ardı »

Maraqlı melumatlarNuh əleyhissalamın həyat yoldaşı Vağilə

Min illər öncə hazırki İraqın şimalında yerləşən ərazidə Vadd, Suva, Yəğus, Yəuq və Nəsr adlanan beş əməlisaleh kişi yaşayırdı. Onlar xeyirxahlıqları və təqvaları ilə tanınmışdılar. Hamı onları sevir, onlara hörmət edir və onlardan nümunə götürürdülər. Onlar Allahın dərgahına qovuşana kimi bu cür də yaşadılar. Onların vəfatı insanları kədərə boğdu.

Şeytan insanların onlara olan sevgisindən istifadə edərək vəsvəsə etdi və dedi: "Onların sizinlə birgə olduğunu hiss etmək, onları görmək və ibadətlərini yada salmaq üçün niyə heykəllərini düzəltmirsiniz?! Belə etsəniz Rəbbinizə daha çox ibadət etmiş olmazmısınız?!

İnsanlar bu fikri bəyəndilər və heykəllər düzəltdilər. İllər keçdi, insanlar nəsildən nəslə bu əməlisaleh insanların həyat tarixçəsini nəql Ardı »

Maraqlı melumatlarDəmirçinin Yəqini

Dəmirçinin Yəqini
Xorasan valisi Abdullah bin Tahir ,çox adil və aqil bir insan idi.Onun xidmətçiləri bir neçə oğru tutmuş və ona bildirmişdilər.Valinin hüzuruna gətirərkən oğrunun biri qaçır və xidmətçilər oğrunun yerinə yoldan keçən dəmirçini tutub aparırlar.Vali əmr edir ki,hamısını zindana salsınlar.Günahsız dəmirçi zindana düşən kimi dəstəmaz alıb namaz qılır.Namaz qılarkən ALLAHA belə dua edir:

- YA RƏBB!Bir günahımın olmadığını ancaq sən bilirsən.Məni bu zindandan ancaq sən çıxara bilərsən.

Vali gecə yuxuda görür ki,dörd qüvvətli adam onun taxtını tərsinə çevirir.Yuxunu görən kimi dəstəmaz alıb namaz qılır sonra yenə yatır.Yenə də o yuxunu görür.Anlayır ki bir məzlumun ahı onu tutub.Zindan rəisini çağırıb ondan Ardı »

Maraqlı melumatlarZəif hədis

Sual-Xahiş edirəm mənə elə bir kitab göstərin ki, orada çoxlu zəif və uydurma hədislərin siyahısı olsun ki, o hədisləri bilək və onlardan çəkinək, ehtiyatlı olaq.

Cavab-Sizə məsləhət edirəm ki, zəif və uydurma hədisləri oxumayın. Çünki, ancaq elm əhli-səhih və zəif hədisi bir-birindən fərqləndirə bilən kəslər-onları oxuya bilər. Sizə məsləhətim budur ki, Riyad əs-Salihin hədis kitabını oxuyasınız. Çox qiymətli bir kitabdır. Müəllifi kitabda səhih və həsən hədisləri vermək və zəif hədisləri verməmək üçün zəhmət çəkmiş, çalışmışdır. Və müəllif kitabının əksər fəsillərini Qurandan bir ayə ilə başlayır.

Yeni başlayan, islam elmini təhsil etmək üçün erkən mərhələdə olan insan hər bir kitabı oxumaq üçün cəhd Ardı »

Maraqlı melumatlarIslamda Buyururlar

Həzrət Əli (ə) buyurur: “Hər bir insanın rəyinin dəyəri onun təcrübəsi qədərincədir.”

İmam Məhəmməd Təqi (ə) buyurur: “Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.”

İmam Məhəmməd Təqi (ə) buyurur: “Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”

İmam Əliyyən Nəqi (ə) buyurur: “Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”

İmam Əliyyən Nəqi (ə) buyurur: “Öz dəyərini anlamayan adamın şərindən qorun.”


İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”

İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”

İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını Ardı »

Maraqlı melumatlar`Allah`-ın adı möcüzədir

İordaniyanın Yərmuk universitetinin `Ərəb dili və ədəbiyyyatı` fakultəsinin ispanyalı tələbəsi Elen apardığı araşdırma nəticəsində `ALLAH` sözünün bir möcüzə olduğunu bildirib.
"Ərəb dilində oxuduğum ən gözəl söz `ALLAH` kəliməsidir.`O`-nun adının tələffüzündə belə,gözəl musiqi vardır.Çünki `O`-nun adının hərflərinin düzülüşü digər bütün adlardan fərqlidir.`ALLAH` sözünün tələffüzü dodaqlardan deyil,daxildən gəlir və bütün bədəni titrədir"-deyə Elen bildirib.
Əgər `ALLAH` kəliməsindən ilk hərf olan `əlif` hərfini çıxsaq,bu zaman söz `lilləhi` kimi oxunar.Bu isə Quranın aşağıdakı ayəsində belə qeyd edilib."Ən gözəl adlar (Əsma əl-hüsna) Allahındır.`O`-nu bu adlarla çağırıb dua edin(əl-əraf,180)
Əgər sözdəki birinci və ikinci hərfləri yəni `əlif` və `ləm` hərflərini ixtisar etsək,bu zaman o `ləhu` kimi oxunacaqdır.Bu isə `Əl-nisa,132`-də belə Ardı »

Maraqlı melumatlarHər bir insan müsəlman ola bilər

Əqidə - inanmaq deməkdir. Bizdə indi müsəlmanlar arasında bu söz demək olar ki, tez-tez işlənir.

Əqidə - inanmaq deməkdir. Bizdə indi müsəlmanlar arasında bu söz demək olar ki, tez-tez işlənir. Çox insan vardır ki, heç əqidənin nə olduğunu bilmədən qarşısındakı insandan “Sənin əqidən nədir?” deyə soruşur. Həqiqətən də bilib soruşanları istisna edirəm, bilməyib soruşanların halı çox təəccüblüdür. Əqidə (yəni inanmaq, etiqad etmək) bütün işlərin ən əhəmiyyətlisi, ən vacibi, ən əzəmətlisidir. Əqidənin bir həqiqəti vardır. O həqiqət bundan ibarətdir ki, hər bir ağlı başında olan, ətraf aləmi dərk etməyə başlayan insan, bu insan bir uşaq da ola bilər, yeni yetmə də ola bilər, Ardı »

Maraqlı melumatlarQurani Kərim.....

Qurani Kərim kitabı
1. Fatihə ('Kitabı açan') surəsi
(Haminiza çox yaxşi bir xəbərim var. Əsasda Quran oxumaq istəyənlərə. Əgər Quran oxumaq istəyirsinizə həmişə bizi izləyin! Biz sizlərə Quranı Azərbaycanca tərcüməsi və Ərəbcə də yazilişini göstəririk. Amma birinci Müəllif: Əlixan Musayev ə təşəkkür edirik, ki Qurani Azərbaycanca tərcümə etdiyini görə.
Qurani oxumazdan əvvəl "Əuzu billahi mineş şeytanir Racim. Bismillahir rəhmanı rəhim" cümləsini mütləq deməliyik. (Hər zaman) Yoxsa şeytan nan birlikdə oxumuş olariq. Əsas odu ki, diqqətnən oxuyaq, hər cümlənin mənasini fikirləşək. Hər gün Hissə-hissə Quran surələrini sizlərə təqdim edəcəyik. Quran ən birinci surəsi olan Fatihə ilə Başliyaq. Allah kömeyiniz olsun!

1. Fatihə ('Kitabı açan') surəsi
1. Ardı »