Maraqlı melumatlar → Küsuf, xüsuf və istisqa namazları...
Küsuf (günəş və ya ay tutulması) namazı:
Günəş və ya ay tutulanda “Camaat namazına gəlin” deyib car çəkmək müstəhəbdir.
Abdullah ibn Amr deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vaxtında günəş tutulanda “Camaat namazı” – deyib car çəkdilər»[1].
Camaat məscidə toplaşdıqdan sonra imam onlara aşağıdakı hədisdə deyilən qaydada iki rükət namaz qıldırmalıdır. Aişə deyir ki, «Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sağlığında günəş tutuldu. O məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O təkbir edib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra “Səmiəllahu limən həmidəh” – deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Ardı »