Maraqlı melumatlar → HƏSƏD...ONUN MƏNASI, HÖKMÜ, TƏSİRİ, SƏBƏBLƏRİ VƏ ƏLACI
Həmd və səna olsun aləmlərin rəbbi olan Allaha, Salat və Salam olsun peyğəmbərlərin ən şərəflisi Muhəmmədə:
Allahu Təala müsəlmanlar arasında bir-birlərinə məhəbbət hissi yaratdı və bunun ixlaslı olması üçün, yalnız Allah rizasına sevənlərdən bu məhəbbəti qəbul edəcək. Məhz Allah üçün bir-birlərini sevənləri qiyamət günü Öz ərşinin kölgəsi altında toplayacaq. Allah üçün olan bu məhəbbət müsəlmanlar arasında bəzi hüquqları muhafizə etməyə sövq etdi. Beləki, müsəlmanlar bir-birlərinin malını, canını, namus və qeyrətini pisliklərdən və əziyyətdən qorumalıdırlar.
Lakin bəzi nəfslər çirkin və iylənmiş sularda üzürlər, Allahu Təalanın başqalarına verdiyi xeyrə, ruzi və nemətə paxıllıq edirlər. Bunun nəticəsində də qeybət, söz gəzdirənlik, istehza və başqa çirkin əməllərə Ardı »