Maraqlı melumatlar → Peyğəmbərdən (s.a.v) sonra xəlifə kimdir? (Xəbərdarlıq hədisi və şübhələrə cavab)
Deyirlər ki, guya Peyğəmbər (s.a.v) Əliyə (r.a) işarə edərək demişdir: "Bu mənim qardaşım, məndən sonra varisim və xəlifəmdir. Onu eşidin və itaət edin." Rəvayətdə deyilir ki, orada Əbdülmüttalibin qırx övladı var idi.
Cavab:
Bu rəvayətin həm sənədi, həm də mətni zəifdir.
Sənədinin zəifliyi:
Sənəddə Əbdülğəffar ibn əl-Qasim Əbu Məryəm əl-Kufi vardır.
İbn Kəsir demişdir: "Bu rəvayəti ondan başqa heç kəs rəvayət etməyib." ("əl-Bidayə vən-Nihayə: 3/38.)
İbn əl-Mədini isə demişdir: "O, özündən hədis uydururdu."
Əbu Hatim və Nəsai deyiblər: "Onun hədisləri tərk edilmişdir." ( "Mizan əl-İtidal" 2/328.)
Rəvayətin mətni haqqında:
Aşağıdakı səbəblərə görə mətnin zahiri qəbuledilməzdir:
• O vaxt Əbdülmüttalib övladlarının sayı qırx nəfərə çatmırdı. Onun oğlanları bunlar idi: Əbu Ardı »