Maraqlı melumatlar → PEYĞƏMBƏR CƏHƏNNƏM ƏHLİNİ TƏSVİR EDİR
Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Əbu Əyyub Ənsarinin evində səhabələri ilə söhbət edirdi. O həzrətin yanında əyləşmiş Məaz ibn Cəbəl aşağıdakı ayədən söz açıb təfsirini soruşdu:
“Sur (qiyamət günündə Israfilin üfürəcəyi şeypur) çalınacağı gün dəstə-dəstə (məhşərə) gələcəksiniz” (Nəbə, 18). Peyğəmbər buyurdu: “Ey Məaz! Çox böyük və mühüm məsələni soruşursan”. Sonra o həzrət ağlamağa başladı; belə ki, göz yaşları mirvari kimi kirpiklərindən süzülürdü. Buyurdu: “Ümmətimdən on dəstə qiyamət günündə başqa müsəlmanlardan ayrılmış və müxtəlif sifətlərə dönmüş halda məhşərə gələcək. Bəziləri meymun sifətində məhşərə sürüklənəcəklər; bunlar xəbərçilər və sözgəzdirənlərdir. Bəzilərinin qiyafəsi donuz şəklində olacaq; bunlar haram yeyənlərdir (yəni murdar qida yeyənlər və ya Ardı »