Maraqlı melumatlar → Duyğuları Hiss Edən Və Hiss Etdirən RƏBBİM
Bəzən insan ətrafındakılara öz düşüncələrini, hiss etdiklərini tam şəkildə ifadə edə bilməməyin sıxıntısını keçirir. Ürəyindəkiləri tam olaraq açıqlaya bilməmək bu insanın həyəcanına səbəb olur. Sanki bunu edə bilsəydi, qarşı tərəfdə özü haqqındakı fikirləri dəyişdirəcəyini düşünür.
Əlbəttə ki, bunu bacara bilmək gözəl bir şeydir. Həqiqətən də, bu insanların bir-birlərini daha yaxşı başa düşmələri və tanımaları baxımından çox əhəmiyyətlidir. Amma insan özünü istədiyi kimi ifadə etməyi bacarmırsa, içində hiss etdiklərini, düşüncələrini tam olaraq büruzə verə bilmirsə, yenə də bu,onu təlaşlandırmamalı və sıxıntıya salmamalıdır.
Çünki insanın qarşısındakı adamı da, yaşayacağı hadisələri də, bütün fikirləri və hissləri də yaradan yalnız Allahdır. İnsan özünü ifadə edə bilməsə Ardı »