Maraqlı melumatlar → Orucu Batil Edən Işlər
Ehtiyata əsasən, doqquz şey orucu batil edir:
1-Yemək-içmək; 2-Cima; 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimüs-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq.
Orucu batil edən işlərin hökmləri
1-Yemək və içmək
Bilərəkdən yeyib-içmək orucu batil edir –istər o şeyin yeyilib-içilməsi adət olsun, çörək, su və s. kimi, istərsə də adət olmasın, ağac yarpaqları kimi; istər az olsun, istərsə də çox; hətta əgər diş fırçasını ağzından çıxardıb, yenidən ağzına qoyaraq Ardı »