Maraqlı melumatlar → Dinə əməl etməyənlərə qarşı sərt davranmamaq
Sual-Dində sabit olduğu hesab edilən bəzi müsəlmanlar insanlar ilə sərt və soyuqqanlı rəftar edir, onlardan bəziləri isə həmişə qaş-qabaqlı görünürlər. Bu cür kəslərə sizin nəsihətiniz nədir? Müsəlman bir kəsin öz qardaşına qarşı, xüsusilə də dini əmrləri yerinə yetirməkdə naqislik edirsə, münasibəti necə olmalıdır?
Cavab: Saf, pak sünnə-Allah Rəsulunun sallallahu aleyhi və səlləm sünnəsi- dəlalət edir ki, Allahın yoluna hikmətlə, yumşaq, asanlaşdırmaqla dəvət etmək lazımdır.
Allahu Təala Elçisi Muhəmməd sallallahu aleyhi və səlləmə buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et” [ən-Nəhl 16:125].
Həmçinin Allahu Təala buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Ardı »