Maraqlı melumatlar → Təkidlə əmr olunan və olunmayan nafilə namazlar və bu namazlarda oxunan surələr...
Təkidlə əmr olunan namazlar on rükətdir:
İbn Ömər deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) on rükət namaz qıldığını yadımda saxlamışam: «Zöhrdən öncə iki, sonra iki, Məğribdən sonra iki, İşadan sonra iki, Sübhdən öncə iki rükət. Bu vaxt Peyğəmbərin yanına daxil olmaq münasib deyildi. Hafsa mənə dedi ki, Sübh vaxtı daxil olduqdan və azan oxunduqdan sonra iki rükət qılardı»[1].
Aişə deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) zöhrdən öncə dörd və sübhdən öncə iki rükət namazı tərk etməzdi»[2].
Təkidlə əmr olunmayan nafilə namazlar, Əsr, Məğrib və İşa namazlarından öncə qılınan namazlardır:
Abdullah ibn Muğəffəl Peyğəmbərin (Ona Ardı »