Maraqlı melumatlar → Bismillah
" Cin kimisən " deyirdilər onun haqqında. Cin kimi hiyləgər idi, heç kim onu aldada bilməzdi. Belə tanınmağından çox xoşlanırdı, iş yerində, küçədə və bayırda, hansı dükana girirsə, dükançıların canına vəlvələ düşərdi. Tez onu başdan etmək istəyərdilər.
Adı üstündə; cin kimi idi Əmirxan.
Meyvə-tərəvəz satanlar, qəssablar, baqqallar daha neçə onu tanıyan dükançılar onunla bazarlıq etməkdən bezib usanmışdılar.
- Əmirxan, heç olmasa, bircə gün qiymət öldürmə, bir dəfə heç olmasa bizə inan- deyirdilər, amma Əmirxan söz eşitmirdi.
Bir mal alınca, çənə-boğaz olardı. Almanın kilosu bir lirə idisə, mütləq onu yarım lirəyə salardı. Danlaqlara, söyüşlərə fikir verməzdi, nə qədər müqavimət göstərsələr də xeyri olmazdı. Getməz, bazarlığını davam Ardı »