Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maraqlı melumatlarFatimə təsbihatı

Fatimə təsbihatı — şiələrə görə hər namazdan sonra deyilməsi müstəhəb olan dua.Mündəricat [gizlə]
1 Demək sifarişi
2 Tarixi
3 Fatimə təsbihatının önəmliyi
4 Torpaq təsbehi
5 Həmçinin bax
6 Xarici keçidlər
7 İstinadlar

[redaktə]
Demək sifarişi

Fatimənin təsbihatı belə deyilir[1]
34-dəfə:Allahu Əkbər(الله اکبر)
33-dəfə:Əlhəmdulillah(الحمدلله)
33-dəfə:Sübhənəllah(سبحان الله)
[redaktə]
Tarixi

İslam ensiklopediyası yazır ki, Əli və Fatimə evləndikdən sonra ilk dövrlərdə Əli yaxşı pul qazana bilmirdi. Evdə buğdadan un üyüdən Fatimənin əlləri qabar bağlamışdı. Günlərin bir günü Məhəmməd peyğəmbərə bir neçə qul hədiyyə olunmuşdu. Bunu bilən Əli Fatiməni o qullardan birini ona bağışlaması üçün peyğəmbərin yanına göndərdi. Fatimə peyğəmbərin yanına gəlsə də, utandığından ərinin istəyini atasına deyə bilmədi. Nəhayət, Əli ilə Fatimə birlikdə peyğəmbərin yanına gəlib bu Ardı »

Maraqlı melumatlarSalehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz?

Sual: Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz?
Cavab: Həmd Allaha məxsusdur.
Doğru yol ilə gedən bu gəncə bizim nəsihətimiz inşəAllah budur:
1. Onu sabit-qədəm etməsi və doğru yolda tutması üçün həmişə Allaha dua etsin;
2. Xeyli Quran oxusun və ayələrin mənaları üzərində təfəkkür etsin, çünki bu Quranın qəlbin üzərində böyük təsiri vardır. Bir insan Qurani diqqətlə oxuyarsa və ayələrin mənaları üzərində düşünərsə ona böyük təsiri olar;

3. İbadət əməllərini müntəzəm şəkildə sıxılmadan, bezmədən və yaxud tənbəlliyə yol vermədən etməyə cəhd etsin. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) acizlik və tənbəllikdən Allaha sığınardı;

4. Yaxşı insanlar ilə Ardı »

Maraqlı melumatlarQurani-Kərimin Nəzərində Qeybət

Qeybət ən böyük günahlardan sayılır. Bildiyimiz ki, insanın həyatda ən böyük sərmasyəsi onun heysiyyət və abır-həyasıdır. Bunları təhlükəyə salan hər bir şey elə bil onun canını təhlükəyə salmışdır. Bəzən şəxsiyyətin terroru, şəxsin terrorundan daha ağır hesab edilir. Ona görə də onun günahı bəzən nəfsi qətldən də ağırdır. Qeybət sözü, adından göründüyü kimi, kiminsə yoxluğunda onun haqqında mənfi danışmaqdır.

Qeybət, yəni kiminsə eybini ifşa etməkdir. Bu onun cismi, əxlaqi, əməli eybi ola bilər, bu onun libasına, evinə, həyat yoldaşına, övladına və bunun kimi şeylərə aid ola bilər. Ona görə də əgər kimsə başqasının aşkar sifətini bəyan edərsə, bu qeybət sayılmaz. Ancaq əgər bu Ardı »

Maraqlı melumatlarNamaz qılmadan istixarə etmək

Sual: İstixarə namazı iki rəkət namaz qılmaq və sonra isə peyğəmbərdən sallallahu aleyhi və səlləm rəvayət olunan duanı oxumaqdan ibarətdir. Lakin bəzən, ey şeyx, namaz qılmadan bəziləri istixarə edirlər. Bu nə dərəcədə doğrudur?
Cavab: Bunda bir problem yoxdur. Çünki namaz sünnədir, ona görə də biri sadəcə dua edirsə bunda bir xəta yoxdur. Lakin naqis olur. Amma siz namaz ilə duanı birləşdirsəniz bu daha kamil və sünnəyə daha müvafiq olacaqdır. Ardı »

Maraqlı melumatlarOxu Ibret Al.

Bir qız! Sanki bu dünyada hər şey ona
məxsus! Pul, şan-şöhrət, əhli-keyf!
Hər gün-bu günün ibadətini sabaha
saxlayan özündən razı qız! "Onsuz
hələm ömrümə var" deyərək öz işində
idi! Yenə bir gün! Hava sakit! Günəş buludlar arasında sanki acı
gülümsəyirdi! Yenə eyni yol! Yenə
həmin qız gözəl bir maşında! Sürət
norması yenə yüksək!
Gözləniləmədən böyük bir qəza! Artıq
hər şey qaranlığa qərq oldu! Bu dünyada keyf çəkən indi tabutda
çiyinlərdə gedir! Anası: Balam, balam, balam gəncliyinin
dadından doya bilmədən getdi. Nə
tələsiyin vardı? Axı səni nə vadar etdi
bu yüksək sürətlə sürmək? Bacısı: Canım bacım sən sən o murdar
torpağa layiq olacaq qız deyilsən! Dön
geri,dön! Qardaşı:Bəsdi bu etdiyiniz axmaqlıq,
nə zaman həqiqəti anlayacaqsınız?
nə zaman bu küfrləriniz sona Ardı »

Maraqlı melumatlar: HİDAYƏT VƏ AZĞINLIĞIN SƏBƏBLƏRİ

Açıq haqq hökmdar, güc və qüvvə sahibi ALLAH`a həmd olsun. RƏBB`imə həmd edir və Ona şükr edirəm. Ona tövbə edir və Ondan bağışlanma diləyirəm.

Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. O, əvvəlkilərin və sonrakıların ibadətə və itaətə layiq haqq məbududur. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH , müşriklər Onu istəməsə də, bütün dinlərə üstün gəlməsi üçün haqq din və hidayət ilə göndərmişdir. Ey ALLAH`ım!.. Qulun və Rəsulun Muhəmmədə, ailəsinə və əshabına din gününə qədər xeyir-dua et, onları mübarək qıl!..
ALLAH`dan layiqincə qorxun və dininizə sıx bağlı olun! Kim Ardı »

Maraqlı melumatlarŞirkin Növləri

Şirk iki cürdür: Böyük və kiçik şirk.
Böyük şirk tövhidl və islamla ziddiyyət təşkil edir, əməlləri puça çıxarır. Allaha şərik qoşanlar cəhənnəmlikdilər. Allaha şərik qoşan bütün söz və əməllər küfrdür. Məsələn, ölülərə, bütlərə sığınmaq, Allahın halal etdiyi haram, haram etdiyini halal hesab etmək, Allahın bəzi peyğəmbərlərini təkzib etmək və sair bu kimi küfr əməllər böyük şirkdir, əməlləri boşa çıxardır və insanı İslam dinindən çıxardır.

Allah taala qadınlar haqqında olan surədə buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”. (ən-Nisə, 48) Buradan aydın olur ki, Ardı »

Maraqlı melumatlarMƏHƏMMƏD İBN ƏBİ BƏKRİN MÜAVİYƏYƏ MƏKTUBU

Məhəmməd ibn Əbi Bəkrdən azğın Müaviyə ibn Səxrə: Allahdan itaət edənlərə və Allah övliyalarına təslim olanlara salam olsun.
Allah öz böyüklüyü ilə insanları yaratmışdır, bihudə və acizlik üzündən yox. Onları yaratdığı zaman yaranmalarına ehtiyacı olmamışdır. Onları Öz bəndələri olaraq yaratmışdır. Sonra Öz elmi əsasında bəzilərini peyğəmbərliyə seçmişdir. Həmçinin onların arasından Mühəmməd (s)-i peyğəmbər etmişdir. Öz risalətini ona vermişdir. Onu Öz vəhyi üçün seçmiş, Öz işində əmin bilmişdir. Onu müjdəverici və qorxuducu etmişdir ki, özündən qabaq olan kitabları təsdiq etsin. Şəriət və hökmlərə hidayətçi olsun.
O, elm və xeyirxah məsləhətlə xalqı Allaha tərəf dəvət etdi. Ona birinci cavab verib iman gətirən, özünü Ardı »