Maraqlı melumatlar → Qüsl və cənabətin hökmü
1.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Məni ifraz olarsa, qüsl vacibdir».
Hədisi Müslim rəvayət etmişdir. Onun əslini isə Buxari rəvayət etmişdir.
2.Ümm Sələmədən rəvayət olunur ki, Əbu Təlhənin həyat yoldaşı Ümm Suleym Allahın elçisindən soruşub: «Ey Allahın elçisi! Həqiqətən, Allah da haqdan utanmaz. Əgər qadın şəhvani yuxu görsə, onda ona qüsl vacibdirmi?» Dedi: «Bəli, əgər mənini görərsə». Hədisi Buxari və Müslim rəvayət etmişdir.
3.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur ki, qadın kişilərin gördüyü şəhvani yuxuya oxşar yuxu görərsə, qüsl alsın. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Müslimin rəvayətində isə Ümm Sələmə Peyğəmbərdən(sav) soruşur: «Məgər elə şey olar?». Peyğəmbər Ardı »