Maraqlı melumatlar → Əbu Davud -Allah ona rəhmət etsin- və onun “Sünən” əsəri ilə tanışlıq.
Rəhimli və mərhəmətli Allahın adı ilə
Imam Əbu Davud kimdir?
Imam əbu Davudun tam adı Süleyman ibn əl-Əşəs ibn Ishaq ibn Bəşir əl-Əzdi əs-Sicistənidir. O, Muhəmməd peyğəmbərin -ona Allahın salavatı və salamı olsun- hədislərini əzbərləyən hafizlərindən biridir. Hicrətin 202-ci ilində anadan olmuş və 275-ci ilində vəfat etmişdir. Əbu Davud tanınmış hədis alimi Buxarinin tələbələrindən biri olmuşdur. O, öz müəllimindən çoxlu faydalanmış və onun elmi uslubunu özünə yol tutmuşdur. Bəziləri bir çox keyfiyyətlərinə görə Əbu Davudu imam Əhmədə bənzədirdilər.
Alimlərin onun barəsində dediyi tərifəlayiq sözlər:
Məhəmməd ibn Ishaq əs-Sağani və Ibrahim əl-Hərbi demişdir: “Hədislər Əbu Davuda asanlaşdırılmışdı. Necə ki, Davud əleyhissalama dəmir yumuşaldılmışdı.”
Hafizlik rütbəsinə ucalmış Musa Ardı »