Maraqlı melumatlar → İslamda ata-anaya və babalara xərcləmək vacibdirmi?
Sual: Atama və babama xərcləmək mənə vacibdirmi? Qeyd edim ki, mən qadınam.
Cavab: Həmd Allaha məxsusdur.
Valideynlər fəqirdirlərsə onlara xərcləmək (infaq etmək) oğlan və yaxud qız övladına vacibdir. Onlara infaq etməyin vacibliyinə Quran, sünnə və icma (alimlərin yekdil rəyi) dəlalət edir.
Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur”. (əl-İsra 17:23)
Həmçinin ehtiyac içində olduqlarında onlara infaq etmək ehsan əməllərdəndir (yaxşılıqdır, xeyir əməldir).
Aişədən (radiyallahu anhə) rəvayət olunmuşdur ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Kişinin yediyi şeylər içində ən yaxşısı öz qazancındandır, oğlu onun qazancındandır. Əbu Davud (3528) rəvayət etmişdir və Şeyx Albani “Səhih Ardı »