Maraqlı melumatlar → CƏNNƏTLİK ANA
CƏNNƏTLİK ANA
Bir qadın iki qızı ilə birlikdə
Həzrəti Ayişənin yanına
gəlmişdi.Ayişə qadını üç dənə
xurmaya qonaq etdi.Qadın da
uşaqlarının hərəsinə bir dənə
verdi.Birini də öz ağzına aparırdı
ki,uşaqların ona baxdığını
gördü.Xurmanı iki yerə bölüb
uşaqlarına verdi.Bu əhvalat
Həzrəti Ayişənin diqqətini cəlb
etdi.Güman ki,qadın ac idi,Amma
uşaqlarını öz nəfsindən üstün
tutmuşdu.Evdə verə biləcək
başqa xurma da qalmamışdı.
Daha sonra Peyğəmbərimiz (s)
evə gələndə Həzrəti Ayişə bu
hadisəni ona
danışdı.Peyğəmbərimiz buyurdu:
-O qadın bu davranışla cənnətə
girəcəkdir.
Səhabələrdən Büreydə rəvayət
edir:”Bir nəfər ALLAH-ın
Rəsulunun yanına gəlib belə dedi:
-Ey ALLAH-ın Rəsulu,anamı çox isti
bir gündə on bir kilometr
belimdə apardım.Hava o qədər
isti idi ki, yerə bir dilim ət
qoysaydılar bişərdi.Görəsən
bununla anamın haqqını ödəmiş
oldummu?
ALLAH-ın Rəsulu (ə) cavab verdi:
-Bununla bəlkə sadəcə ananın
doğum sancısının əvəzini ödəyə
bildin.
Talha nəql edir:Həzrəti
Peyğəmbər Əleyhissəlamın yanına
getdim və:
-Ya Rəsulullah Ardı »