Maraqlı melumatlar → Mühəddislərin Hədislərə Verdikləri şərhlər
Mühəddislərin hədislərə verdikləri şərhlər
İmam Əbul-Abbas əl-Qurtubi – rahiməhullah – deyir:
“Qeyd etdiklərimizə əsasən qadağanın zahirindən anlaşılan bu əməlin haram olmasıdır. Əgər bunun zahiri haramlıq ifadə edirsə o zaman İslamdan başqa dinlər və ya Allahdan başqa ibadət olunan məbudlar və dumə[19], qanlar və nəsəblər kimi cahiliyyə zamanı and içilən şeylərdə baş verərsə sözsüz ki, haram sayılır. Bunun haramlığında şəkk ola bilməz. Lakin atalara, şərəfli insanlara, sultanlara, onların həyatlarına və nemətlərinə və buna bənzər şeylərə and içməyə gəldikdə isə hədisin zahirindən görünür ki, hökmün ümumiliyi ilə bu şeylərdə hədisə daxildir, bunun haram olmasında ixtilaf etmək doğru deyildir. Lakin şəriətin təzim etdiyi şeylərə, məsələn peyğəmbər Ardı »