Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Atabəylər hökmdarlarıMöminə Xatun türbəsi - Tədqiqi və təsirləri

Monumental, əzəmətli bir tikinti olan Möminə Xatun türbəsi Naxçıvana gələn səyyah və tacirlərin diqqətini çoxdan bəri özünə cəlb etmiş və abidə bir çox əsərlərdə öz əksini tapmışdır. Hələ XIX əsrin əvvəllərində Naxçıvana gələn Dübua de Monper abidəyə diqqət yetirmiş və onun kitabələrinin üzünü çıxararaq Peterburqa, akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında bir çox əsərlər nəşr etdirmişlər.

Məlumdur ki, XII əsrdən çox sonra da Əcəminin Naxçıvanda yaratdığı abidələr müxtəlif sənətkarlara nəinki ölkə daxilində və hətta, Azərbaycanın sərhədlərindən kənarda da bir nümunə olaraq qalırdı. Əcəmi Əbubəkr oğlunun yaxın Şərq ölkələrində təsirini göstərməyə məşhur alman şərqşünası Ardı »

Atabəylər hökmdarlarıŞəmsəddin Eldəniz müstəqil dövlətin hökmdarı kimi

Sultan Məsudun ölümündən sonra onun varisləri arasında hakimiyyət uğrunda mübarizə qızışır. Hakimiyyətə gəlmiş Sultan Məhəmməd müttəfiqlərinin böyük ordusu ilə birgə qəflətən Azərbaycan üzərinə hücuma keçir. Şəms əd-Din onu Araz vadisində qarşılayır. Bir neçə gün davam edən döyüş İl-Dənizin məğlubiyyəti ilə başa çatır. O, Azərbaycan hakimliyindən əl çəkib, yalnız Arranla kifayətlənməli olur. Yalnız bir neçə il sonra, zəif iradəli sultan Süleymanın dövründə İl-Dəniz yenidən Azərbaycana sahib ola bilir. Təşvişə düşmüş Süleyman və onun yaxın əhatəsi II Toğrulun oğlu, İl-Dənizin oğulluğu Arslan şahı taxt-taca qanuni varis elan edirlər. Sui-qəsd nəticəsində sultan Süleyman öldürüldükdən sonra isə onun təşkilatçıları Arslan şahı taxta çıxarmaq qərarına gəlirlər. Ardı »

Atabəylər hökmdarlarıƏcəmi Naxçıvani haqqında digər faktlar

"Əcəmi Naxçıvani memarlıq məktəbinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsaduf edilən parlaq həllini tapmış mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatın türbəsinin sərdabasında qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özunu göstərir." (Azərbaycan Sovet Ensiklopediyası, IV cild, səh.260)
XIII əsr mənbələri Əcəmini "Şeyx-ül-mühəndis" (mühəndislərin başçısı) rütbəsi daşıdığından xəbər verir.
Yazılı mənbələr göstərir ki, Əcəmi dövrundə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Ehtimal olunur ki, Əcəmi Naxçıvaninin layihəsi əsasında möhtəşəm arxitektura kompleksi ucaldılmışdır. Nəhəng bir ərazidə Eldənizlərin sarayı, Ardı »

Atabəylər hökmdarlarıMəhəmməd Cahan Pəhləvanın hakimiyyəti dövrü (1174-1186)

Eldəgəzin vəfatından sonra hakimiyyətə böyük oğlu Məhəmməd Cahan Pəhləvan keçdi. Cahan Pəhləvanın hakimiyyəti dövründə Eldəgəz dövləti iqtisadi və siyasi cəhətdən daha da qüvvətləndi. Cahan Pəhləvan sonuncu Səlcuq sultanı III-cü Toğrulun (1176-1194) atabəyi idi. III Toğrul Cahan Pəhləvanın qəyyumluğu altında Naxçıvanda yaşayırdı.Cahan Pəhləvan Azərbaycanın idarəsini qardaşı Qızıl Arslana tapşırdı və oğlu Əbu Bəkrin atabəyi təyin etdi. 1174-cü ildə dövlətin paytaxtı Həmədana köçürüldü; Təbriz isə Qızıl Arslanın iqamətgahına çevrildi. Cahan Pəhləvan, sonralar isə Qızıl Arslan Eldəgiz dövlətinin siyasi dayağını möhkəmlətmək məqsədi ilə Səlcuq sultanlarının payladıqları iqta torpaqlarını öz tərəfdarları olan feodallar arasında bölüşdürdlər. Cahan Pəhləvan yeni iqta torpaqları almış bu əmirlərin köməyi ilə Ardı »

Atabəylər hökmdarlarıŞəmsəddin Eldəniz

XI əsrdə oğuz və digər türk tayfaları səlcuqların başçılığı altında ərəb xilafətinin bütün ərazilərini, o cümlədən paytaxt Bağdad şəhərini işğal edəndə bütün dünyəvi hakimiyyət səlcuq sultanının əlində cəmləşmiş, dini hakimiyyət isə ərəb xəlifəsində qalmışdı. Səlcuq dövlətinin süqutundan sonra isə onun ərazisində hakimiyyəti irsən qazanan səlcuq şahzadələrinin idarə etdikləri və faktiki olaraq müstəqil sayılan sultanlıqlar yaranır. Bir müdiət keçdikdən sonra bu sultanlıqlar, daha doğrusu, onların bazasında yaranmış yeni dövlət qurumları səlcuq şahzadələrinin (məliklərin) hami və tərbiyəçiləri olan atabəylər tərəfindən idarə olunmağa başlayır. Səlcuqlular zamanındakı xəlifələr kimi indi də sultanlar dövlətin və ordunun rəhbərliyindən kənarlaşdırılırlar. Sultanlıqlardakı bütün siyasi və inzibati hökmranlıq atabəylərin əlində Ardı »

Atabəylər hökmdarlarıAtabəylər məscidi (Naxçıvan)

Cümə məscdi – Naxçıvandakı Atabəylər memarlıq ansamblının ən monumental tikililərindən biridir. XX əsrin əvvəllərində uçularaq məhv edilmiş bu nadir memarlıq abidəsinin plan-məkan quruluşu haqqında XIX əsrdə çəkilmiş rəsmlər və foto təsvirlər aydın təsəvvür yaradır.

Mərənd və Urmiya məscidləri kimi Naxçıvan cümə məscidinin də günbəzlə örtülən kubvari gövdəsinin güney üzündən başqa, qalan üzlərinin hər birində iki sivri açırım olmuşdur. Bu fakt göstərir ki, Mərkəzi Azərbaycanda XII əsrdə yerli monumental cümə məscidi tipi işlənib hazırlanmışdı. Foto sənədlərə əsasən Naxçıvan cümə məscidinin məqsurəsinin üç yandan yerləşgələrlə dövrələndiyi bəlli olur. Ancaq bu yerləşgələrin necəliyini daydınlaşdıran dəlillər yox dərəcəsindədir. Bu baxımdan V. A. Engelqardın XIX yüzildəki məlumatı Ardı »

Atabəylər hökmdarlarıNaxçıvan Atabəy Əbu Bəkr dövründə

Azərbaycan atabəyləri dövlətinin Cahan Pəhləvanın oğlanları arasında bölüşdürlüməsi nəticəsində Naxçıvanın Qızıl Arslanın ölümündən [111 - 112] sonrakı tarixində mühüm dəyişikliklər baş verir. Əgər, istər Cahan Pəhləvanın, istərsə də Qızıl Arslanın zamanında Naxçıvan Şəmsəddin Eldənizin hakimiyyətinin ilk dövründə olan baş paytaxt statusunu Həmədana vermişdisə, 1191-ci ildə atabəy Əbu Bəkrin hakimiyyətə gəlməsi ilə şəhər yenidən ölkənin əsas idarə mərkəzinə çevrildi. Atasının vaxtında Azərbaycan və Arranın idarəçiliyini həyata keçirən Əbu Bəkr əmisi və atabəyi olan Qızıl Arslanın hakimiyyəti illərində qoşun başçısı təyin edilmişdi. Mənbələrin məlumatına görə, Qızıl Arslanın ölümündən sonra anası Quteybə xatunun təhrikilə o, Azərbaycanda və Arranda hakimiyyətə yiyələnmək üçün Naxçıvana gəlir və Ardı »

Atabəylər hökmdarlarıQarabağlar türbəsi

Tarixi[redaktə]
Qarabağlar abidələri bir kompleks şəklində olub, buraya türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqları daxildir. Bu kompleksə daxil olan qoşa minarələrin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikilməsi güman edilir. Bu iki minarəni bir-birinə bağlayan portal quruluşu isə XIV əsrə aid quruluşdur. Bu kiçik portalın üzərində Qoday xatunun adı oxunur. Qoday xatun ola bilsin ki, Abaqa xanın (1265-1282) arvadı olmuş Qoday xatundur. Ona görə belə mülahizə yürütmək olar ki, hələ XII-XIII əsrlərdə tikilmiş yeni binalar kompleksinin daxilində Qoday xatunun şərəfinə bu xatirə abidəsini yaratmağı qarşısına məqsəd qoymuş memar, o zaman bu portalı tikmişdir. Belə Ardı »