Atabəylər hökmdarları → Qızıl Arslanın hakimiyyəti dövrü (1186-1191)
Onun ölümündən sonra hakimiyyətə qardaşı Qızıl Arslan keçdi. Qızıl Arslan mərkəzi hakimiyyətə tabe olmaq istəməyən feodallara qarşı mübarizə aparırdı. Formal olaraq sultan titulu daşıyan Toğrulu ciddi nəzarətdə saxlayan Qızıl Arslan dövləti müstəqil idarə edirdi. Qızıl Arslanın qəyyumluğundan qurtarmağa çalışan Toğrul, narazı Səlcuq əmirləri, Cahan Pəhləvanın arvadı İnanc xatun, Qutluq İnanc və başqaları Qızıl Arslana qarşı çıxdılar. Toğrulla Qızıl Arslan arasında bir-neçə dəfə Mazandaran, Damğan və Həmədan ətrafında vuruşma oldu. Qızıl Arslan 1187-ci idə Toğrula qarşı Bağdad xəlifəsi Nəsrdən (1180-1225) yardım istədi. Xəlifə Toğrulu daha təhlükəli hesab etdiyindən Qızıl Arslana kömək göndərdi. Toğrul 1188-ci ildə xəlifə qoşununu, sonra isə Qızıl Arslanı məğlub Ardı »