Atabəylər hökmdarları → Namərdqala Haqqında
Haqqında[redaktə]
Azərbaycanın dağ qalaları içərisində Gədəbəydəki Namərd qala yaxşı durumda olması, tikinti materialı, ən başlıcası isə memarlıq biçimlərinin son dərəcə monumentallığı ilə seçilir. Bu qala elmi ədəbiyyata Namərd qala adı ilə daxil olsa da yerli əhali qalanı daha çox Qız qalası adlandırır.
İndiki halda Namərdqalanın nə vaxt və hansı tarixi zərurət üzündən tikilməs məlum deyil[2]. Əsas inşaat materialı və tikinti-memarlıq xüsusiyyətlərinə görə araşdırmaçılar onu XII yüzil – Eldənizlər dövrünün əsəri sayırlar[3].
Mövqeyi[redaktə]
Qalanın yerləşdiyi Söyüdlü kəndi sıx meşəli dağlar arasındadır. Bu yerlərin axar-baxarlı təbiəti, heyrətləndirici gözəl dağ landşaftı var. Kənddən 7 km aralıda zirvəsinin qeyri-adi silueti ilə bir dağ diqqəti özünə çəkir. Yaxınlaşdıqca zirvədəki memarlıq Ardı »