Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Adikə Soltanova

Həyatı[redaktə]
Soltanova Adikə Məcid qızı 20 oktyabr 1948-ci ildə Ağdam rayonunda fəhlə ailəsində anadan olmuşdur. 1956-ci ildə 1 saylı Ağdam rayon orta məktəbinin birinci sinfinə getmiş və 1966-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Oxuduğu 10 il müddətində oxumağına və tərbiyəvi davranışına görə hər il “Fəxri fərmanla”la təltif olunmuşdur.

1966-cı ildə ADU-nun (indiki BDU) fizika fakültəsinə daxil olmuş 1971-ci ildə isə universiteti bitirmişdir. Təyinatla Ağcabədi rayonunun Hindarx kənd orta məktəbində fizika müəllimi işləmişdir. 1972-ci ilin iyununda ailə qurmağı ilə əlaqədar Ağdam rayonunun Əlağalı kənd orta məktəbində 6-11 siniflərdə fizika fənnini tədris etmişdir. İşlədiyi müddətdə kollektivin, valideynlərin və şagirdlərin dərin hörmətini qazanmışdır.

1985-ci ildə Ağdam RTŞ-si Ardı »

Azərbaycanın müharibələri‎Dolu (film, 2012) - Filmin heyəti

Filmin heyəti[redaktə]
Film üzərində işləyənlər[redaktə]
Əsərin müəllifi : Aqil Abbas
Ssenari müəllifi : Aqil Abbas
Quruluşçu rejissor : Elxan Cəfərov
Quruluşçu operator : Nadir Mehdiyev
Quruluşçu rəssam : Rafiq Nəsirov
Bəstəkar : Polad Bülbüloğlu
Musiqi redaktoru : Rauf Əliyev
Redaktor : Ramiz Fətəliyev
Rejissorlar : Əliqulu Səmədov, Ənvər Həsənov
Səs rejissoru : Bəkir Bəkirzadə
Montaj : Elşad Rəhimov
Geyim üzrə rəssam : Elfira Hüseynova
Geyim üzrə rəssam assistenti : Tatyana Mixaylıçova
Qrim üzrə rəssam : Berta Roqova
Qrim ustası : Rafael Baxışov
Səs texniki : Kamal Məmmədov
Mətnin düzümü : Elxan Pərvizoğlu
Rejissor qrupu : Əsmər Əliyeva, Cabir Hacıyev, Asif Ağayev, Vüsalə Məmmədova
Operatorlar : Tarıverdi Tarıverdiyev (Tanrıverdi Tanrıverdiyev kimi), Asif Şirəliyev
Operator assistenti : Nahid Namazov
Fokus pullar : Zaza Somaya, Qoça Ardı »

Azərbaycanın müharibələri‎Nurəddin İbrahimov

Həyatı[redaktə]
İbrahimov Nurəddin İslam oğlu 1951-ci il mart ayının 16-da Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır.

Döyüşlərdə iştirakı[redaktə]
O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın Ardı »

Azərbaycanın müharibələri‎Günel Zeynalova Həyatı

Həyatı[redaktə]
Günel Zeynalova Ağdamda anadan olmuşdur.

Karyerası[redaktə]
Hal-hazırda Türkiyədə fəaliyyət göstərir.

Albomları[redaktə]
Ne olur Allahım (1998)[redaktə]
25 dekabr 1998-ci ildə işıq üzü görə alboma 12 mahnı daxil idi:
01.Azeri Kızı Günel - Ne Olur Allahım
02.Azeri Kızı Günel - Kimlere Kaldı Dünya
03.Azeri Kızı Günel - Ağrıma Gidiyor
04.Azeri Kızı Günel - Çoçukların Günahı Ne
05.Azeri Kızı Günel - Herşey Yolunda
06.Azeri Kızı Günel - Bizim Köy
07.Azeri Kızı Günel - Didem
08.Azeri Kızı Günel - Beni Anneme Götürün
09.Azeri Kızı Günel - Bir Gün Toprak Olacağız
10.Azeri Kızı Günel - Azerbaycan Maralı
11.Azeri Kızı Günel - Yaralandım
12.Azeri Kızı Günel - Bakü
Azeri kızı Günel (2003)[redaktə]
12 noyabr 2003-cü ildə işıq üzü görən alboma 12 mahnıdan ibarət idi:
01.Azeri Kızı Günel Ardı »

Azərbaycanın müharibələri‎Vüqar Aslanov

Vüqar Aslanov - Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Vüqar Qəmbər oğlu Aslanov 15 iyul 1970-ci ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmış, Almaniyada hərbi qulluq edərkən erməni faşistlərinin xalqımıza qarşı zora¬kılıqlarını eşitmiş, torpaqlarımıza qarşı qəsdləri dəf etmək üçün Vətənə dönmüşdür.

Vüqar Aslanov 1990-cı ildə hərbi xidməti başa vurub kəndə qayıtdı. Elə qayıdan kimi də könüllü olaraq özü¬nümüdafiə dəstəsinə qoşuldu. Atası Qəmbər müəllim kimi təbiəti çox sevən Vüqar Vətənin müdafiəsinə biganə qala bilməzdi. Doğma torpaqların müdafiəsi üçün özünü səfərbər etdi.

1992-ci ildə Şuşa və Laçın rayonları ermənilər tərəfindən zəbt edildi. Vüqarın qulluq etdiyi batal¬yon Laçını tərk elədi. Az bir Ardı »

Azərbaycanın müharibələri‎Tofiq Qarayev

Həyatı[redaktə]
1952-ci ildə Ağdamda anadan olmuşdur.

26 oktyabr 2013-cü il tarixində Tofiq Qarayev uzun sürən xəstəlikdən sonra Ağdam Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişmişdir[1].

Filmoqrafiya[redaktə]
Həmyerli (film, 1989)
Divar (film, 1991)
Ərazi (film, 2005)
Əlvida (film, 2007 Ardı »

Azərbaycanın müharibələri‎Fəridə Abbasova

Haqqında[redaktə]
1952-ci il fevralın 13-də Bakıda anadan olub. Evdar qadın idi. İki oğlu, bir qızı qalıb.

Şəhid olması[redaktə]
Yanvarın 19-da axşam saat 24 radələrində həyətdə paltar sərdiyi yerdə düşmən gülləsi onun ürəyinə dəyib. Həkim gələnədək keçinib. Yanvarın 20-də mərhumu dəfn etmək üçün Nardarana apararkən hərbçilər mane olub. Sonra gizli yollarla aparıb Nardaran qəbiristanlığında dəfn ediblər.

Ünvan[redaktə]
Bakı şəhəri, 11-ci Giriş küçəsi, 1. Ardı »

Azərbaycanın müharibələri‎Xəqani İbrahimov

Həyatı[redaktə]
1968-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində dünyaya gəlib.
El-oba arasında şeir həvəskarı kimi tanınmışdı, adətən bütün tədbirlərdə yaxından iştirak edərdi.
Atası vəfat etdiyindən ailənin yükü onun çiyinlərinə düşümüşdü.
Xəqani də alovlu vətənpərvər və yurdcanlı olduğunda 1991-ci ildə könüllü ordu sıralarında hərbi qulluğa başladı.
Ağdərə uğrunda gedən döyüşlərdə öz cəsurluğu və qorxmazlığı ilə tanındı.
O, Ağdam ətrafında gedən döyüşlərin birində həlak oldu.
Qəhrəmanın ölümünü eşidəndə bacısı Mehri dözə bilməyib bayatını bayatıya caladı:

Qardaşlar, ay qardaşlar,
Qar kəsər, yağış başlar.
Cənazəm əyri gedər,
Yapışmasa qardaşlar.

Bacının bacı dərdi,
Yoxdu əlacım, dərdim.
Keçdi şirin söhbətimiz,
Qaldı bir acı dərdim.

Dörd uşaq anası Mehri bir yanıqlı bayatı da dedi:

Eləmi bu məni,
Nə çağırır qu məni.
Yaylığın kəfən eylə,
Göz yaşında yu məni.

Mehri qardaşı Ardı »