Həyat və yaradıcılığı[redaktə]
Ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində alıb. Məşədi Isi məşhur xanəndə Hacı Hüsünün “Xanəndələr məclisi”nin ən fəal üzvlərindən olub. Məşədi Isi klassik Şərq, xüsusən Azərbaycan muğamlarının incəliklərinə dərindən bələd idi. O öz bilik və sənətkarlıq bacarığını “Xanəndələr məclisi”nin gənc xanəndələrinə öyrədər, onlarda sənətə dərin məhəbbət hissi oyadardı. Məşədi Isi muğamatı yüksək dərəcədə mənimsəyən ustad xanəndə kimi tanınmışdı. O, “Rast”, “Şur”, “Humayun”, xüsusilə “Mahur” dəstgahını özünəməxsus fərdi xüsusiyyətlə ifa etmişdir. Məşədi İsi oxuduğu muğam və mahnıların sözlərini aydın, səlis diksiya ilə dinləyiciyə çatdırardı. O, Azərbaycan şairlərinin qəzəl və qoşmaları ilə yanaşı, Hafizin və Sədinin əsərlərini ilhamla oxuyar, öz dinləyicilərini valeh Ardı »