Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Çingiz Mustafayev (Milli Qəhrəman)

Ailəsi[redaktə]
Evli idi, bir övladı yadigar qalib

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanımızın adını daşıyır.

Yaşadığı binanın önündə barelyefi vurulub.

C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub.

2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.[1]

Operator Vahid Naxışın qardaşıdır.
Ssenari müəllifi Seyfulla Mustafayevin qardaşıdır.
Fuad Mustafayevin oğludur.
Naxış Mustafayevanın oğludur.
Oğlunun adı Fuad Mustafayevdir. Ardı »

Azərbaycanın müharibələri‎Aslan Ağaverdiyev

Haqqında[redaktə]
1952-ci il avqustun 24-də Bakıda anadan olub. Bakının Zevin küçəsindəki çay evində satıcı işləyib. Üç qızı olub.

Şəhid olması[redaktə]
Həmin gecə saat 24-də güllə səsinə küçəyə çıxıb. Bütün gecə evə gəlməyib. Yanvarın 20-də onun meyidini Semaşko adına xəstəxananın ölüxanasından tapıblar. Güllə onun nazik və yoğun bağırsaqlarını, mədəsini və böyrəyini zədələyib. Xəstəxanaya gətirilənə qədər 3 litr qan itirib. Yanvarın 21-də vəfat edib. Şəhidlər xiyabanında dəfn edilib.

Ünvan[redaktə]
Bakı, C. Cabbarlı küçəsi, ev 54a. Ardı »

Azərbaycanın müharibələri‎Ənvər Arazov

Həyatı[redaktə]
1953-cü il 2 dekabrda Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki 15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı. Ardı »

Azərbaycanın müharibələri‎Səməd Qurbanov (şəhid)

Həyatı[redaktə]
Səməd Qurbanov 1974-ci il sentyabrın 20-də Quzanlı kəndində anadan olub. 1991-ci ildə kənd orta məktəbini bitirəndən sonra bir neçə ay kolxozda çalışıb.

6 oktyabr 1992-ci ildə Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Üç aya yaxın Bakıda respublika DİN daxili qoşunlarının tərkibində qulluq edib, hərbi təlim keçib.

1993-cü il yanvarın 8-də Səmədgilin bataliyonu Ağdama ezam olunur və bundan cəmisi iki gündən sonra,yanvarın 10-da Fərrux dağının müdafiəsinə göndərilir. Yanvarın 30-da Ağdərə təxribatçı qüvvələrin geriləməsindən sonra batalyon komandanlıq tərəfindən oraya ezam edilir və bir sıra uğurlu əməliyyatlar aparır. Onlar bir- birinin ardınca fevralın 6-dan 8-dək Mehmanə uğrunda döyüşlərdə,fevralın 9-da və 10-da isə Drambon uğrunda döyüşlərdə iştirak Ardı »

Azərbaycanın müharibələri‎Şirin Mirzəyev - Döyüş yolu

Ş.Mirzəyevin döyüş yolu respublikada örnək ola biləcək bir yoldur. Onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad edildi. Ağdam rayonunun 120 km-lik ərazisi müdafiə edilirdi. Artıq 1992-ci ilin may ayında üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam rayonunun həm hərbi komissarı və həm də alay komandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə yetirirdi. Əzabkeş sərkərdə Ş.Mirzəyev həmişə ön xəttə olurdu. Onun bu keyfiyyəti alayın bütün üzvlərini cəsarətləndirirdi. İlk anlar könüllülük prinsipi ilə gələn döyüşçülər bir qədər ərköyünlük edirdilər. Ş.Mirzəyevin özünün şəxsi nümunəsi, hərbi qanunlara ciddi riayət etməsi, hər bir əsgərə fərdi Ardı »

Azərbaycanın müharibələri‎Mirzə Abbas Gülablı

Həyatı[redaktə]
Mirzə Abbas Mirzə Əli oğlu 1826-cı ildə Vərəndə mahalının Gülablı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almış ,sonralar mədrəsədə təhsil almışdı. Kəndin mollası olub. Uşaqlar üçün ibtidai məktəbi açmış, xalqın maariflənməsinə yardım göstərmişdir.



Ailəsi[redaktə]
Mirzə Abbas Seyid Tellibəyim Seyid İbrahim qızı ilə ailə qurmuşdu.Camal, Xanlar adlı oğulları vardı.

Cəmil Mirzəyevin (1898-1951) babasıdır.
Şükufə Mirzəyevanın (1925-1980) babasıdır.
Ceyhun Mirzəyevin (1946-1994) babasıdır. Ardı »

Azərbaycanın müharibələri‎Rüstəm Mirzəyev

Həyatı[redaktə]
Rüstəm Jora oğlu Mirzəyev 1963-cü il avqustun 29-da Laçın rayonunda anadan olub. 1970-1980-ci illərdə Laçın şəhərinin 1 saylı məktəbində təhsil alıb.1981-1983-cü illərdə keçmiş Sovet ordusu sıralarında həqiqi hərbi xidmət çəkib.

Hərbi xidmətini Amur vilayətinin Maqdaqati stansiyası yaxınlığındakı hava-desantı qoşunlarının briqadasında çəkib. Əla xidmətinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb və fəxri döş nişanları ilə təltif edilib.

Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin dekabrında laçına qayıdıb. 1985-1987-ci illərdə Rüstəm Moskva şəhərində yaşayıb. 1985-1988-ci illərdə Bakı şəhərindəki “Murad” kooperativində işləyib. Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Rüstəm Laçın rayonunun sərhədyanı kəndlərində ərazi özünümüdafiə bataliyonunda igidliklə erməni quldur dəstələrinə qarşı gedən hərbi döyüş əməliyyatlarında iştirak edib.

O, yerli müdafiə batalyonunda Ardı »

Azərbaycanın müharibələri‎Qurban Namazəliyev

Həyatı[redaktə]
Qurban Hüseyn oğlu 17 noyabr 1947-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. 1954-1965-ci illərdə orta məktəbdə təhsil almış, Azərbaycan Politexnik İnstitutunu 1971-ci ildə bitirdikdən sonra Bakı şəhəri 4 №-li tikinti trestində mühəndis, usta, sahə rəisi, baş mühəndis vəzifəsində çalışmışdı. Nazirlər Sovetində tikinti şöbəsində işləmişdi. 5 il Naftalan şəhər sovetinin sədri vəzifəsini icra etmişdi. 1991-ci il avqust ayından Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirinin birinci müavini təyin edilmişdi.

1991-ci il 20 noyabrda Qarakəndə uçan Mİ-8 vertolyotu vurulmuş və respublikanın bir sıra məsul şəxsləri: Tofiq İsmayılov – dövlət katibi, Məhəmməd Əsədov – Daxili İşlər Naziri, İsmət Qayıbov – Azərbaycan Respublikasının Baş Prokuroru Ardı »