Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Elşad Bayramov

Həyatı[redaktə]
Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989-1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: “Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi Ardı »

Azərbaycanın müharibələri‎Namiq Allahverdiyev

Həyatı[redaktə]
Namiq Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1984-cü ildə 1-saylı orta məktəbi bitirmişdir. 1985-ci ildə hərbi xidmətə çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdür.

Döyüşlərdə iştirakı[redaktə]
1988-ci illərdə erməni təcavüzkarları xalqımızı narahat etməyə başlamışdı. Yerli əhali könüllü müdafiə dəstələri yaradıb vətəni müdafiə edirdi. Könüllülər sırasına yazılanlardan biridə Namiq oldu. O ilk döyüşünə Qubadlı rayonunda başladı. Namiq 1991-ci il 31 avqustda DİN-in XTP dəstələrinə daxil olur və yenidən döyüş meydanına atılır. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonları uğrunda gedən döyüşlərdə iştirak edir. Axırıncı döyüşü Tərtər rayonunda olur. Burada Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və Ardı »

Azərbaycanın müharibələri‎Sürəyya Babayeva

Haqqında[redaktə]
1913-cü ildə anadan olub. Biləcəri qəsəbəsində oğlunun yanında yaşayıb.

Şəhid olması[redaktə]
Yanvarın 22-də saat 17.25 dəqiqədə Biləcəri şosesində hərəkət edən hərbi zirehli maşınlardan və tanklardan buradakı binalar atəşə tutulmuş, mətbəxdə xörək hazırlayan 77 yaşlı Sürəyya Babayeva aldığı yaradan yerindəcə həlak olmuşdur. İmişlidə dəfn edilib. Ardı »

Azərbaycanın müharibələri‎Ağ atlı oğlan (film, 1995) - Filmin heyəti

Filmin heyəti[redaktə]
Qeyd: filmin heyəti titrlərdəki sıraya görə göstərilmişdir.

Film üzərində işləyənlər

Ssenari müəllifi: İsi Məlikzadə, Ənvər Əblucun iştirakı ilə
Quruluşçu rejissor: Ənvər Əbluc
Quruluşçu operatorlar: Rafiq Əliyev (III), Rövşən Quliyev(Rövşən Cavanşiroğlu kimi)
Quruluşçu rəssam: Nizami Bəydəmirov
Bəstəkar: Oqtay Rəcəbov
Səs operatoru: Akif Nuriyev
Rejissor: Əliheydər Şahbazov (Ə. Şahbazov kimi)
Operator: Sərvər Rəşidoğlu (S. Rəşidoğlu kimi)
Montaj edən: Nelli Dadaşova (N. Dadaşova kimi)
Montaj üzrə assistent: Xalidə Cəfərova (X. Cəfərova kimi)
Rejissor assistentləri: G. Kərimova, K. İslamova, İ. Məmmədov, Ənvər Həsənov (Ə. Həsənov kimi)
Operator assistentləri: Z. Niftullayev, Nizami Səfərov (N. Səfərov kimi)
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu (H. Əhmədoğlu kimi)
Quraşdırılmış səhnələrin rəssamı: Rauf Dadaşov (R. Dadaşov kimi)
Rəssam-fotoqraf: Natiq İbrahimov (N. İbrahimov kimi)
İşıq ustalarıı: Adil Dadaşov Ardı »

Azərbaycanın müharibələri‎Əbdülkərim bəy Əhmədov

Həyatı[redaktə]
Əbdülkərim bəy Mirzə Məhəmməd bəy oğlu 1841-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Sarıhacılı obasında doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Poruçik rütbəsi daşıyırdı. Əbdülkərim bəy Əhmədov ordudan tərxis olduqdan sonra Cavanşir və Şuşa qəzalarında məhkəmə pristavı vəzifəsində qulluq etmişdi. Şuşa şəhərində məskunlaşmışdı. Ardı »

Azərbaycanın müharibələri‎Kiçik Qarabəy

Tarixi[redaktə]
Kicik Qarabəy Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. XIX əsrdə Cavanşir qəzasında Böyük Qarabəy və Kicik Qarabəy adlı iki kənd qeydə alınmışdır. Car Rusiyası Azərbaycanın Şimalını işğal etdikdən sonra XIX əsrdə İrandan köçüb gəlmiş erməni ailələri Kicik Qarabəy kəndində məskunlaşaraq kəndi Möhrətağ (palçıqdan tikilmış barılı məhəllə) adlandırmışdılar. 1992-ci ildə kəndin keçmış adı bərpa edildi.[2].

Kiçik Qarabəy kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Kiçik Qarabəy kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kiçik Qarabəy kəndi Qarabağ müharibəsi zamanı Ardı »

Azərbaycanın müharibələri‎Pəhlivan Fərzəliyev

Həyatı[redaktə]
7 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində doğulmuşdur. Doğma kənddə səkkizinci sinfi başa vurduqdan sonra Şuşa Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşdur. İdmanla məşğul olmuş, Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanmışdır. O, 1979-cu ildə orduya çağırılmışdır. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirmişdir.

Döyüşlərdə iştirakı[redaktə]
BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında mərdliklə vuruşurdu. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilmişdi. 1992-ci il 11 apreldə taqım komandirinin son döyüşü olur.

Ailəsi[redaktə]
Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Milli Qəhrəman[redaktə]
Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Ardı »

Azərbaycanın müharibələri‎Bəxtiyar Kavanlı

Həyatı[redaktə]
Bəxtiyar Kavanlı 15 sentyabr 1944-cü ildə Azərbaycan SSR, Laçın rayonu, İpək kəndində anadan olub.

1964-cü ilin payızından 1967-ci ilin payızına qədər hərbi xidmətdə olmuşdur.

1968-ci ilin yanvarından Bakı şəhərində tikintinti idarələrindən birində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1971–ci ildə Laçın rayonuna geri qayıdan Bəxtiyar Bəxtiyarov pedaqoji əmək fəaliyyətinə başlayır[1]..

1992-ci ilin mayın 18-də Laçın şəhəri Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi. Yaşadığı yurdu tərk etməyi bacarmayan Bəxtiyar müəllim 3 gün kənddə tək yaşamalı oldu. Sonda qohumlar onun arxasınca gəlib xeyli çək-çevirdən sonra onu yola gətirdilər. Həmin vaxtdan etibarən Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsində məcburi köçkün kimi məskunlaşdı. Ardı »