Azərbaycanın müharibələri → Aşıq Abbasqulu - Aşıq Ələsgərdən alınan «tərifnamə»
Ustad aşıq Ələsgərlə görüş Aşıq Abbasqulunun həyatında ilk unudulmaz hadisə olmuşdur. Aşıq Ələsgər öz dəstəsi ilə Gülablı kəndinə toy şənliyində olarkən Aşıq Abbasqulu onunla görüşmüşdür. Gülablı kəndinin qoca sakinləri və aşıqları söyləyirdilər ki, Aşıq Ələsgər Gülablıda olarkən həmin toy axşamı Qarabağa həsr etdiyi “Qarqar” rədifli təcnisini oxumuşdur:
Var olsun Qarabağ, əcəb səfadı,
Başa Xaçın axar, ayağa - Qarqar.
Göyçə qar əlindən zara gəlibdir,
Muğan həsrət çəkər: a yağa, qar, qar...
Aşıq Ələsgər üç gün-üç gecə həmin toyda çalıb oxumuş, məclisin dördüncü günü isə yerli aşıqları dinləmişdir. Qocaman aşıqlar və kəndin mötəbər ağsaqqalları Aşıq Ələsgərdən aşıqlıq sənətinə təzəcə qədəm atmış Abbasqulunu dinləməyi xahiş etmişdilər. Məclisə çağırılan Abbasqulu Ardı »