Azərbaycanın müharibələri → Adilə Namazova
Həyatı[redaktə]
Adilə Əvəz qızı 9 sentyabr 1926-cı ildə Ağdam rayonunun Seyidli kəndində anadan olmuşdur. Orta təhsilini və ilk həyat məktəbini doğma rayonda keçmiş Adilə xanım öz zəhməti, istedadı və ləyaqəti ilə Azərbaycanın say-seçmə qadınları sırasına yüksələ bilmişdir.
Azərbaycan Dövlət Tibb İn-tunu bitirmişdir (1949). 1965-ci ildən Azərbaycan Tibb İn-tunun pediatriya kafedrasının müdiridir. Tədqiqatı, əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr olunmuşdur. Azərb.-da pediatriya elmi məktəbinin yaradıcısıdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərb. Pediatrlar Cəmiyyətinin sədridir (1967 ildən). Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Ardı »