Azərbaycanın müharibələri → Səlim bəy Behbudov - Həbsi
Deyəsən, istedadı, çox dil bilməsi, tanınması başına bəla olmuşdu. Son vaxtlar dövlət təhlükəsizlik orqanlarının əməkdaşları da onunla yaxından maraqlanır, bu üstün cəhətlərinə görə öz işlərinə cəlb eləmək istəyirdilər. Hətta bu barədə Səlim bəyə bir neçə dəfə təklif də olunmuşdu. Lakin təpədən-dırnağa kimi əsl bəy olan bu vüqarlı kişi bu işə qol qoymamış, hökumət adamlarına qətiyyətlə və açıq şəkildə kəskin cavab vermiş, onları hər yerdə ifşa və rüsvay eləmişdi. Səlim bəyin bu hərəkəti dövlət təhlükəsizlik orqanları əməkdaşlarını bərk hiddətləndirmişdi. Ona görə də keçmişdə bəy olmasını, xarici ölkədə ali təhsil almasını bəhanə edərək onu hökumətin gözündə şübhəli şəxs kimi qələmə verdilər və izləməyə Ardı »