Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanın müharibələri‎Elşən Əliyev

Həyatı[redaktə]
Əliyev Elşən Şura оğlu 1974-cü ildə Azərbaycan Respublikasının Ağdərə rayоnunun Manikli kəndində anadan olmuşdur. Kənddə orta məktəbi bitirmişdir. Qaçqın düşdükdən sonra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşıblar. Könüllü olaraq cəbhəyə getmişdir. Tovuzun Əlibəyli, Vahidli kəndlərində döyüşmüşdür.

12 mart 1997-ci ildə Maraldağ yüksəkliyində minaya düşərək əmisi oğlu Daşqın Əliyev ilə birlikdə şəhid olmuşdur. Bərdə rayоnunun Yеni Daşkənd kəndində dəfn оlunmuşdur. Ardı »

Azərbaycanın müharibələri‎Teymur Aliməmmədov

Haqqında[redaktə]
1972-ci ildə Naxçıvan MSSR, Şahbuz rayonunun Keçili kəndində anadan olub. Teymur dörd bacının bir qardaşı və ailənin yeganə oğlu idi. N. Nərimanov adına Tibb Universitetinin əczaçılıq fakültəsinin birinci kursunda təhsil alırdı. Subay idi.

Şəhid olması[redaktə]
Teymur birinci imtahan sessiyasını uğurla başa vurmuşdu. Doğma kəndlərinə getmək istəyirdi. İki dostu ilə Aerokassadan Naxçıvana bilet alıb geri qayıdarkən Aerokassanın qabağında başından güllə yarası alıb. 4 nömrəli klinik xəstəxanasına gətirilir. Güllə Teymurun əmgəyindən dəymiş, üst çənəsində ilişib qalıbmış. Həkim Nizami Məmmədov yeddi gün yaralını həyata qaytarmaq üçün çalışmış, Teymur özünə gəlmədən canını tapşırmışdır. Şahbuz rayonunun Keçili kənd qəbiristanlığında dəfn edilib. Ardı »

Azərbaycanın müharibələri‎Cabbar bəy Vəlibəyov

Həyatı[redaktə]
Baharlı tayfasının görkəmli nümayəndəsi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Atası Ismayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, anası Xanım Qasım qızı, həyat yoldaşı Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyovadır.

Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına görə Cabbar bəy Vəlibəyovun (Baharli) XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı Ardı »

Azərbaycanın müharibələri‎Yaddaş (film, 2010) - Məzmun

Məzmun[redaktə]
Birinci Qarabağ müharibəsinin başlanğıcı... Dörd dost – Əli (İlqar Musayev), Həsən (Pərviz Məmmədrzayev), Hüseyn (Anar Heybətov) və Azər (Şövqi Hüseynov) sonuncunun Arzu (Rada Nəsibova) adlı qızla nişanı üçün Qarabağa yollanırlar. Mərasim günü erməni-rus hərbi birləşmələri məclisin keçirildiyi kəndə hücum edir. Əfqanıstan müharibəsindən çıxan bu dörd dost kəndin müdafiəsinə qalxır və şiddətli müqavimət göstərərək düşməni darmadağımn edir. Amma, bu savaş müdafiəçilər üçün də itkisiz ötüşmür – Arzu yaralanır, Azər komaya düşür...

19 ildən sonra dostlar və nişanlılar qeyri-adi şəraitdə yenidən görüşür...

Dramatik triller janrında çəkilən və keçmişdən gələcəyə nüfuz edən YADDAŞ bizi baş qəhrəmanla bərabər həqiqətə – gözlənilməz bir sonluğa aparır.

Film haqqında[redaktə]
Filmin həm də Ardı »

Azərbaycanın müharibələri‎Bəxtiyar Kavanlı - Haqqında söylənilənlər

Haqqında söylənilənlər[redaktə]
Azərbaycan Respublikasının xalq yazıçısı Əlibala Hacızadə; "Bəxtiyar Kavanlının qələmə aldığı şeirlər dərin məzmunludur və düşündürücü poetik məqamlarla doludur. Müəllif uzun müddət arı şirə çəkən kimi təsvir etdiyi poetik anları elə bil rəssam fırçasıyla rəngləyib.

Bəxtiyar Kavanlının yaradıcılıq tendensiyası daha çox bizim min illik şeir, dastan yaradıcılığımızdan süzülüb gəlir. Onun şeirləri əsasən sənətkar qüdrətinin nəyə hesablandığını ifadə edir.

El obaya məhəbbət, Vətən həsrəti, yurd sevgisi Bəxtiyar Kavanlının şeirlərinin əsas qayəsini təşkil edir. Onun qələmə aldığı şeirlər oxunaqlığı ilə diqqəti cəlb edir.

Bəxtiyar Kavanlının Vətən həsrətli, yurd sevgili, qələbə ruhlu şeirlərini oxuyan hər bir kəs məftun olur. Şeirlərində daha çox klassikliyə üstünlük verən şairin dil Ardı »

Azərbaycanın müharibələri‎Xudaverdi Abbasov

Həyatı[redaktə]
Xudaverdi Abbasov 1957-ci ildə Ağdam şəhərində dünyaya gəlib. 1964-cü ildə Ağcabədi rayonunun Kəhrizli kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1974-cü ildə Kəhrizli kənd orta məktəbini bitirib. 1975-ci ildə Bakı şəhəri Binəqədi rayonundakı peşə məktəbinə daxil olub. 1977-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılıb. Moldovada hərbi xidmətə başlayıb. 1979-cu ildə hərbi xidməti təşəkkürnamə ilə başa vurub. Yaxşı xidmətinə görə onu Moldovada MTN-ə işə qəbul ediblər. Qarabağ müharibəsi ilə əlaqədar 1991-ci ildə Azərbaycana qayıdıb. Qarabağın ağır günlərində silahdaşları ilə bir yerdə olub. Ağdam şəhərinin könüllü özünümüdafiə batalyonunun yaradıcılarındandır. 25 avqust 1992-ci ildə Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə həlak olub. Ardı »

Azərbaycanın müharibələri‎Əlibaba İbrahimov

Həyatı[redaktə]
1972-ci ildə Göyçənin füsunkar kəndlərindən biri olan Zərkənddə anadan olub. Onun da ilk müəllimi, mənə dərs deyən, əlimdən tutub lövhəyə "ana, vətən" sözünü yazdıran Rəbbi müəllimdir.
1988-ci il hadisələri zamanı Əlibabagil Kəlbəcər rayonunda məskunlaşmışlar.
1989-cu ildə Əlibaba İbrahimov Kəlbəcər rayonundakı 1№-li orta məktəbi qurtarıb.
Moskva yaxınlığında hərbi xidmət keçən Əlibaba İbrahimov hərbi xidmətini yarımçıq qoymuş, Azərbaycana qayıtmışdır. O, erməni təcavüzünə dözməyib Vətənin müdafisinə qalxmışdır.
O, 1992-ci ilin yanvarında Gəncə Milis batlyonunda 3 ay təlim keçəndən sonra bölmə komandiri təyin olunmuşdur. Onun bölməsinə Ağdərə rayonunun Aterk kəndinə kömək etmək tapşırılmışdı. Hərbi əmrə tabe olan Əlibaba İbrahimov Aterkə gedən bütün heyətlə mühasirəyə düşmüş, son damla qanına qədər Ardı »

Azərbaycanın müharibələri‎Famil Mehdi İctimai fəaliyyəti və Əsərləri

İctimai fəaliyyəti[redaktə]
Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaratmış və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis etmişdir[1].

Əsərləri[redaktə]
Sevəndən bəri. Bakı: Uşaqgəncnəşr, 1961, 29 səh.
Sadə sətirlər. Bakı: Azərnəşr, 1963, 29 səh.
Mənim ulduzlarım. Bakı: Azərnəşr, 1964, 95 səh.
Ünvanım dəyişir. Bakı: Azərnəşr, 1966, 78 səh.
Ömürdən səhifələr, Bakı: Gənclik, 1970, 76 səh.
Qarabağ şikəstəsi. Bakı: Azərnəşr, 1970, 93 səh.
İllər və talelər. Bakı: Azərnəşr, 1974, 141 səh.
İnsan unudulmur. Bakı: Gənclik, 1976, 195 səh.
Səni gözləyirəm. Bakı: Azərnəşr, 1978, 174 səh.
Anam elə bilir. Bakı: Yazıçı, 1979, 200 səh.
Təbriz xalısı. Bakı: Yazıçı, 1981, 187 səh.
Ömür keçir, gün keçir. Bakı: Yazıçı, 1983, 246 Ardı »