Azərbaycanın müharibələri → Cabbar bəy Vəlibəyov
Həyatı[redaktə]
Baharlı tayfasının görkəmli nümayəndəsi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı kəndində (indiki Ağdamın I Baharlı kəndi) anadan olmuşdur. Atası Ismayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, anası Xanım Qasım qızı, həyat yoldaşı Hüsnü xanım Murtuza bəy qızı Məmmədbəyovadır.
Orxan Zakiroğlunun (Baharlı) tədqiqatlarına görə Cabbar bəy Vəlibəyovun (Baharli) XV əsrdə yaşamış ulu babası Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqinin hakimiyyəti dövründə uzun illər Həmədan hakimi olmuşdur. Böyük Moğollar İmperatorluğunun başçısı Əkbər şahın atabəyi olub, ölkəni 4 il müstəqil idarə etmiş, eyni zamanda incə ruhlu şair Bayram xan Seyfəli bəy oğlu Baharlı, dövlət xadimi olmaqla yanaşı Ardı »