Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OtolorinqologiyaQulaq iltihabının əlamətləri

Məlumata görə qulaq iltihabının əlamətləri bəzi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bu məsələdə doğru diaqnoz və erkən müalicə əhəmiyyətlidir.
Əlamətlərin bir gündən çox çəkməsi şiddətli qulaq ağrısına səbəb olar. Qulaq ağrısı və ya qulaq axıntısı olan yetkinlərin dərhal bir həkimə müracəti etməsi vacibdir.
Uşaqlarda geniş şəkildə müşahidə olunan simptomlara aşağıdakılar daxildir:

Yatarkən ortaya çıxan qulaq ağrısı;
Qulaqda çəkilmə hissi;
Yatmaqda çətinlik;
Normaldan daha çox ağlama;
Normaldan daha çox əsəb;
Duymaqda və səslərə reaksiya göstərməkdə çətinlik;
Tarazlıq itkisi;
Baş ağrısı;
Qızdırma 38 dərəcə və yuxarı;
Qulaqda axıntı;
İştahsızlıq;
Qusma;
İshal;

Yeniyetmələrdə müşahidə olunan simptomlara isə bunlar daxildir:

Qulaq ağrısı;
Qulaqda axıntı;
Eşitmə duyğusunda azalma;
Boğaz ağrısı;

Tibbi kömək tələb edən vəziyyətlər.
Körpə və ya uşaqlarda yuxusuzluq və digər hallar Ardı »

OtolorinqologiyaBoğaz ağrısnı azaltmağın yolları

Qloballaşan dünyada inkişaf sürətlə olduğundan günümüzdə əksəriyyət insanlar o, qədər də sağlamlıq problemləri ilə üzləşmirlər. Buna təsir göstərən amillərdən biridə maarifləndirmə istiqamətində görülmüş işlərdir. Bir çox internet mənbələrində verilən məlumatlarda da bu istiqamətdə kifayət qədər maarifləndirici xəbərlərlə rastlaşırıq. Bu məlumatlarda digər xəstəliklər kimi boğaz ağrısı xəstəliyini də azaltmağın yolları sadalanıb.
Boğaz ağrısı, əksəriyyət hallarda udqunan zaman boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir. Yuxarıda qeyd olunduğu kimi bu ağrının əsas əlaməti faringitdir. Amma "boğaz ağrısı" və "faringit" terminləri tez-tez bir-birlərinin yerinə istifadə edilir. Boğaz ağrısının ən məşhur səbəbi, soyuqdəymə və ya qrip hesab olunur. Bir virusun səbəb olduğu boğaz ağrısı, Ardı »

OtolorinqologiyaSinusit nədir?

Burun ətrafı ciblərin iltihabına ümumi olaraq sinusitlər deyilir. Bu ciblər dörd cüt olur: haymor (əng), alın, əsas və xəlbir cibləri. Haymor cibləri ən böyük olub, həcmi 30 kub santimetrə çatır. Onlar əng nahiyəsinin dərinliyində yerləşir. Haymor cibinin forması 3 üzlü piramidanı xatırladır. Onun ən vacib hissəsi burunla əlaqədar olan iç divarıdır. Burada cibdən burun boşluğuna açılan dəlik vardır. Haymor cibinin dib hissəsi üst-arxa azı dişlərinin kökləri ilə yaxın yerləşmişdir.

Bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.

Səbəbləri və Növləri

Haymorit – əng cibinin iltihabı, əsasən kəskin rinitin, qripin, qızılcanın, Ardı »

OtolorinqologiyaBurun tıxanmaları sağlamlığa təsir edir

Məlumata görə sağlamlıq problemlərinə səbəb olan cəhətlərdən biri burun tıxanmalarıdır.
Xroniki olaraq yarandığından bu həyat keyfiyyətində özünü göstərir. Bəzi insanlarda yorğunluq hissləri və baş ağrılarına səbəb olur.
Onuda qeyd etmək lazımdır ki, ağciyərlərə kifayət qədər təmiz hava girmədiyindən zamanla toxumalara zərər edir.
Bu prosesə soyuqdəymə və ya sinusit kimi xəstəliklər də təsir göstərir.
Xroniki burun çətinliyi olan xəstələrdə ən əhəmiyyətli əlamətlərdən biri isə ağız quruluğudur. Burnun daxili çəpər əyriliyi, adətən zədələnmədən sonra inkişaf edən əyrilik vəziyyətidir. Hamiləlikdə ana qarnında belə, körpənin dönmə hərəkətləri əsnasında burun zədəyə məruz qala bilər, doğum əsnasında və uşaqlıq dövründəki zərbələr isə burun əyriliyinə yol aça bilər. Bu cür insanlarda daha Ardı »

OtolorinqologiyaSəs tellərini qorumağın yolları

Səsində problem yaşayan insanlar səsə mənfi təsir göstərən vərdişlərdən uzaq durmalı, gündəlik həyatında normal səsi meydana gətirməyə istiqamətli vərdişlər qazanmalı və səs müalicəsində əsas istiqamətlərdən hesab olunan maye qəbulunu nizamlı olaraq yerinə yetirməlidirlər. Səs tellərinin möhkəm qalması üçün nəmli olması lazımdır. Bunun üçün gündə ən az 2 litr su içilməlidir. Bədəndə artıq su atılmasına səbəb olan çay, qəhvə, kola kimi içkilərdən az istifadə etmək məsləhətdir.
Bəzi ağrı kəsicilər səs telində qanama edə biləcəyindən imkan daxilində az istifadə edilməlidir;
Səs tellərinin qorunmasında siqareti buraxmaq vacibdir;
Spirt sağlamlığa zərərli olmaqla bərabər bədəndən su çəkdiyinə və səsin idarəsini pozduğuna görə istifadə edilməməlidir;
Mədə turşusunun səs tellərinə pis təsir Ardı »

OtolorinqologiyaFrontit

Frontit - alın cibinin kəskin iltihabıdır. Kəskin və xroniki formaları vardır. Alın cibinin kəskin iltihabı kəskin rinit, etmoidit, qrip, qızılca, orqanizmin həddən artıq soyuması ilə bağlı ola bilər.

Xroniki frontitin səbəbi alın-burun kanalının keçidinin dayanıqlı olaraq pozulmasıdır. Buna burun çəpərinin əyriliyi, burun polipləri, orqanizmin immunitetinin aşağı düşməsi, ziyanlı iş şəraiti (tozlu və ya qazlı binada iş).

Alın boşluğunun selikli qişasına daxil olan infeksiya kataral və ya irinli iltihab törədir. Bu dəyişikliklər özlərini qızartı, şişkinlik, selikli qişanın qalınlaşması və şişməsi, selik-irin ifrazatı olur.

Alın-burun kanalının nisbətən dar olması səbəbindən boşluqdan selik ifrazı tez bir zamanda pozula bilər. Xroniki frontitin irinli formasında əvvəlcə selikli qişa, daha Ardı »

OtolorinqologiyaNeçə desibel səsdə insan kar ola bilər?

Desibel səs vahididir və səsin şiddəti desibellə ölçülür qısa olaraq DB yazılır.
Normal səs səviyyəsi nə qədər olmalıdır ?
Araşdırmalarla müəyyən edilmişdir ki 0 db səs insan qulağının eşidə biləcəyi səs ən aşağı səs 180 db isə roket atarkən roketin verdiyi səsdir.
Desibel ölçüsü loqoritmik olaraq artar və azalar. Məsələn 20 db 10 db-dən 10 dəfə 30 db isə 10 db-dən 100 dəfə çox şiddətlidir.
Səs səviyyəsinə görə aşağıdakı kimi müəyyən olunur.
0 db – insan qulağının güclə eşidə biləcəyi ən zəif səs.
30 db - pıçıltı, zəif səslə danışmaq.
60 db - normal səs, insanalr normal şəraitdə 60 db gücündə səs səviyəsi ilə danışırlar. 60 db –yə Ardı »

OtolorinqologiyaXorultu

Xorultu bir səs fenomenidir və sıxılmış tənəffüs yollarından hava cərəyanının keçməsində udlağın yumşaq hissəciklərinin bir-birinə toxunması nəticəsində baş verir. Əhalinin yaşlı hissəsinin 30 %-i, 60 yaşdan yuxarı isə 60 %-i xoruldayır.

Xorultu bir səs kimi daha çox ətrafdakılar üçün sosial problemdir, nəinki adamın özü üçün. Lakin xorultu yuxu vaxtı nəfəsin dayanması kimi ciddi xəstəliyin əsas simptomlarından biridir (yuxuda obstruktiv apnoe sindromu).

Xorultu burun çəpərinin əyriliyində, burun boşluğu və udlağın anadangəlmə dar olması, burunda poliplərin olması,qırtlağın uzun olması, alt çənənin geriyə dartılması və ya balaca olması (dişləmənin pozulması), badamcıqların böyüməsi, köklük.

Xorultuya udlaq əzələlərinin tonusunu azaldan digər funksional faktorlar və xəstəliklər də gətirirlər: Yuxu Ardı »