Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

OtolorinqologiyaBurun tıxanmalarına diqqət

Qulaq burun boğaz xəstəlikləri mütəxəssisi olduğu bildirilən Həkim. Tolga Celal burun tıxanmalarının uşaqların zəka inkişafına mənfi istiqamətdə təsir etdiyini, yetkinlərdə isə ürək xəstəliklərinə səbəb ola biləcəyini deyib.

İnsanların həyat keyfiyyətini pozan, ancaq bəzi insanlar tərəfindən ciddiyə alınmayan burun tıxanmalarının gecə yuxu keyfiyyətinə təsir göstərməyindən apnes başda olmaqla bir çox xəstəliyə gətirib çıxardığı bildirilir.

Yuxuda tənəffüs dayanması olaraq adlandırılan yuxu apnesi nəticəsində hiper təzyiq, ürək və damar xəstəlikləri, yaddaş pozğunluqları və diqqət əskikliyi kimi bir çox xəstəliyin olma riski artırdığı bildirilir. Bu baxımdan burun tıxanmalarına diqqət etmək vacibdir. Ardı »

OtolorinqologiyaAdenoid böyümələri (adenoidlər)

Adenoidlər – burun-udlaq badamcıqlarının əsasını təşkil edən limfa toxumasının törəmələridir. Uşaq yaşlarında daha böyük ölçüdə olurlar, 16 yaşdan sonra atrofiyaya uğrayırlar. Uşaq orqanizminin normal həyat fəaliyyəti üçün lazım olan immunoqlobulinlərin əmələ gəlməsində iştirak edən immun toxumadır. Burun –udlaqda yerləşdiyindən udlağın adi müayinəsində görsənmir. Burun-udlağa baxış keçirmək üçün xüsusi LOR- alətlər tələb olunur. Bu xəstəlik adətən 1 yaşdan 14-15 yaşlı uşaqlar arasında daha çox rast gəlinir. Adenoidlərin böyüməsinin səbəbi insanın konstitusiyası, allerqiyaya meyilliyi və ya yuxarı tənəffüs yollarının tez-tez baş verən infeksion xəstəlikləri olur. Burun və burun boşluğunun selikli qişasının iltihabı xəstəlikləri - KRX, qızılca, göy öskürək, skarlatina, difteriya, qrip və s. Ardı »

OtolorinqologiyaOrtaqulağin iltihabı - Otitis media

Ortaqulaq iltihablanması, otitis media. Ortaqulaq iltihablanması burun boşluğu və ya boğazdan ortaqulağa açılan kanallardan (tuba auditiva, pharyngotympanic tube) yüksələn bakteriya və ya viruslar tərəfindən iltihablanmağa səbəb olur. Ortaqulağ qulaq pərdəsi ilə iç qulaq arasında içi hava dolu olan bir orqandır. Nadir olaraq da qulaq pərdəsinin cırılması nəticəsi, buradan bakteriya və viruslar içəri girərək iltihablanmağa səbəb ola bilər. Ortaqulağ iltihablanması böyük ağrı və irinlənmələrin axışına səbəb olur. Əgər iltihablar, qulaq pərdəsinin arxasında toplanib sərtləşsə eşitmənin keyfiyyəti aşağı düşər və ağrıdan insan yata bilməz. Burada sərtləşən iltihablar qulaq pərdəsini deşər və burdan iltihablar çölə axar. Ortaqulaq iltihablanmasının dərhal müalicə edilməsi lazımdır, əks halda Ardı »

OtolorinqologiyaAllergik rinit

Allergik rinit — burunun selikli qişasının xəstəliyidir, orqanizmin allergenlərə həddən artıq hissiyyatlı (sensibil) olmasıdır.

Allergik rinitin baş verməsində şokolad, kakao, balıq, apelsin, bal, yumurta, çiyələk və s. qida məhsulları əsas rolu oynayırlar. Nəzarətsiz olaraq buruna tökülən damarbüzüşdürücü vasitələr, antibiotiklər və digər dərmanlar allergiya törədə bilərlər.

Bitki tozcuqları burunun allergik iltihabını yarada bilərlər. Məişətdə geniş istifadə olunan kimya məhsulları (yuyucu tozlar, mebel yağları, rənglər, aerozollar), həmçinin, güclü allergendirlər.

Simptomlar və gedişat

Xəstələr zəiflikdən, yorğunluqdan, baş ağrılarından, ürəkdöyünmədən şikayət edirlər.
Tutma burun tutulmasından başlayır, bəzən azacıq hərarət olur, burun qıcıqlanır, dalbadal çoxsaylı asqırmalar olur. Eyni zamanda burundan bol maye axır.

Tutma anında üzün qızarması, gözlərin konyuktiviti, gözyaşartısı, Ardı »

OtolorinqologiyaBurundan gələn şəffaf maye təhlükəli ola bilər

Məlumata görə Səlcuq Universitetində müəllim olaraq fəaliyyət göstərdiyi bildirilən Prof. Dr. Kayhan Öztürk burundan gələn şəffaf mayenin təhlükəli ola biləcəyindən danışıb. Onun sözlərindən aydın olur ki, beyin travmaları və zədələri beyin pərdəsinə ziyan verdiyindən burundan gələn şəffaf maye beyin onurğa iliyi mayesinin axıntısı ola bilər. Soyuqdəymə kimi zənn edilən bu proses gecikdirildikdə meningit kimi ciddi problemlər yaradar.
Kəllə bölgəsində, buruna qonşu olan yerlərdə bəzi zəif nöqtələr var. Buradakı sümük quruluşunun incələnməsi həm doğuşdan həm də sonradan meydana gələn bəzi bölgələrdə açık yerlərin olmasına səbəb olur. Bu açılışlar bir zədə nəticəsində və ya özbaşına meydana gələ bilər. Bu xəstəlik qadınlarda daha sıx Ardı »

OtolorinqologiyaBurun qanaxması

Burun qanaxması zədələnmə, qan laxtalanmasının pozulması, hipertoniya və digər xəstəliklər nəticəsində və ya güclü fiziki gərginlikdən ola bilər.

Burun qanaxmasının əsas səbəbi burun boşluğu selikli qişasının tamlığının pozulmasıdır. Burun qanaxmasının mümkün olan səbəblərini yerli və ümumiolaraq iki yerə ayırırlar.

Burun qanaxmasına gətirən yerli proseslərə aiddir:

1) burunun və burundaxili quruluşun zədələnmələrinin bütün növləri (yad cisim düşərkən selikli qişanın zədələnməsi, əməliyyat zədələnmələri, burun boşluğunda həkim manipulyasiyaları da bura aiddir);
2) burun boşluğu selikli qişasını qanla dolduran proseslər (kəskin və xroniki rinitlər (burunun selikli qişasının iltihabı), sinusitlər (burun boşluğunun iltihabı), adenoidlər);
3) burun boğluğu selikli qişasının distrofik dəyişkənliyi (rinitin atrofik forması, burun arakəsməsinin hissediləcək dərəcədə əyilməsi);
4) burun boşluğunda Ardı »

OtolorinqologiyaFaringit

Frontit - alın cibinin kəskin iltihabıdır. Kəskin və xroniki formaları vardır. Alın cibinin kəskin iltihabı kəskin rinit, etmoidit, qrip, qızılca, orqanizmin həddən artıq soyuması ilə bağlı ola bilər.

Xroniki frontitin səbəbi alın-burun kanalının keçidinin dayanıqlı olaraq pozulmasıdır. Buna burun çəpərinin əyriliyi, burun polipləri, orqanizmin immunitetinin aşağı düşməsi, ziyanlı iş şəraiti (tozlu və ya qazlı binada iş).

Alın boşluğunun selikli qişasına daxil olan infeksiya kataral və ya irinli iltihab törədir. Bu dəyişikliklər özlərini qızartı, şişkinlik, selikli qişanın qalınlaşması və şişməsi, selik-irin ifrazatı olur.

Alın-burun kanalının nisbətən dar olması səbəbindən boşluqdan selik ifrazı tez bir zamanda pozula bilər. Xroniki frontitin irinli formasında əvvəlcə selikli qişa, daha Ardı »

OtolorinqologiyaQulaq tıxacı

Qulaq tıxacı xarici eşitmə borusunun (qulaq kükürdü) və epiteliyanın qurumuş vəz ifrazatı toplusudur.

Səbəblər bunlardır: qulaq kiri vəzilərindən həddən artıq ifrazat, qulaq kirinin normal çıxışına mane olan, eşitmə yolunun darlığı nəticəsində dəriyə yapışıb qalan hissəsi. Qulaq kiri toplanmasının individual səbəbləri: eşitmə yolunun əyriliyi, vəz ifrazatının çox qatı olması, orqanizmdə maddələr mübadiləsinin pozulması, qulaqda iltihab prosesləri.

Normal halda qulaq kiri adlandırılan toplu çeynəmə və danışıq zamanı gicgah-aşağıçənə oynaqlarının hərəkəti nəticəsində tədricən eşitmə yolundan xaricə çıxan qabıq yaradır. Qulaq kirinin kəmiyyət və keyfiyyət dəyişmələri xarici eşitmə yolunun bağlanmasına səbəb olur.

Simptomlar və gedişatı

Əgər qulaq kiri tıxacı eşitmə yolunu tam tutarsa, eşitmə qəfildən azalır, qulaqlarda küy əmələ Ardı »