Azərbaycanlı sülalələr → Şeyx Sədrəddin Ərdəbili
Həyatı[redaktə]
Şeyx Sədrəddin Musa ibn Şeyx Səfiəddin İshaq 1334-cü ildə Ərdəbil şəhəri yaxınlığında yerləşən Kəlxoran kəndində anadan olmuşdur. Nəsil şəcərəsi yeddinci imam Musa əl-Kazimə /m.754-800/ qədər gedib çatan bu müqəddəs Şeyxin altıncı ulu babası Firuzşah Qızılbaş o nəsildən, sülalədən Ərdəbilə gələn və burada məskunlaşan əvvəlinci şəxs hesab olunur.
Mənbələr Firuzşahın oğlunun Əvəz, Əvəzin oğlunun Məhəmməd, Məhəmmədin oğlunun Səlahəddin, Səlahədinin oğlunun Əminəddin, Əminəddinin oğlunun isə Səfiəddin olduğunu qeyd edirlər. Müqəddəs və mömin bir ailədə dünyaya göz açan Şeyx Sədrəddin Yaxın Şərqdə tanınmışdır. Şair Şah Qasim Ənvar onun müridi idi. Ardı »