Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrQulamhüseyn Sədri-Avşar - Əsərləri

«Tarixi dər Iran», Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda çap olunub. «Iran tariçilərinin və coğrafiyaçılarının həyatı». Həmin əsər hicri şəmsi 1345-ci ildə (1966-cı ildə) Tehranda, «Ibni Sina» nəşriyyatında çap olunub. «Fars dili bu gün», «Iranın müasir mədəniyyəti». Tərtib etdiyi əsərlər: Ə. Dünbilinin «Məasiri Sultaniyyə». Həmin əsər hicri şəmsi 1351-ci ildə (1972-cı ildə) Tehranda, «Ibni Sina» nəşriyyatında çap olunub. Məhəmməd Təməddünün «Tarixi Rizaiyyə və Birinci Savşda Iranın vəziyyəti». Tərcümələri: Corc Sartonun 2 cildlik «Elm tarixinə müqəddəmə», Artur Popun «Iran memarlığı», Devid Smit Yucinin «Riyaziyyat tarixi», Denis Rayt «Ingilislər Qacar zamanı Iranda», Eduard Braunun «Iran ədəbiyyatı». Ardı »

Azərbaycanlı sülalələrTacülmülk xanım Qovanlı-Qacar

Tacülmülk xanım Qovanlı-Qacar

Tаcülmülк хаnım Bəhmən qızı 1863-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı.

Tacülmülk xanım Məhəmmədqаsım аğа Nəcəfqulu аğа оğlu Sаrıcаlı-Cаvаnşirlə еvlənmişdi. Məmmədqulu хаn, Pənаh хаn, Ibrаhim хаn аdlı оğullаrı, Mаhbəyim bəyim аdlı qızı vаrdı. Ardı »

Azərbaycanlı sülalələrII Təhmasibin ölümü

1740-cı (h.q. 1152) ilin baharında İraqda şayiə yayıldı ki, Hindistanda İran ordusuna qorxulu xəstəlik düşüb, Nadir şah özü də həlak olub. Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq xatirinə, belə cürbəcür şayilər yayılırdı. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri çox genişləndi. Rzaqulu mirzənin yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik elədi ki, ehtiyatla Şah Təhmasib və iki oğlunu öldürsün. Ona görə ki, Nadirin ölümü doğru olsa; Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayıla bilər, bunun da nəticəsi nayibüssəltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o Ardı »

Azərbaycanlı sülalələrDiv Sultan Rumlu

Həyatı[redaktə]
Əsl adı Əmir Əli bəy Rumludur. Səfəvi dövlətinin adlı-sanlı sərkərdələrindən olmuşdu. Əmir əl-üməra vəzifəsi, sonra vəkil vəzifəsini daşımışdı. 1517-1526-cı illərdə Çuxur Səd (İrəvan) əyalətinin bəylərbəyi olmuşdu. Ardı »

Azərbaycanlı sülalələrSəfəvilər İmperiyası Paytaxtı

Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz şəhəridir. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Ardı »

Azərbaycanlı sülalələrƏfşar sülaləsinin hakimiyyətə gəlməsi

Nadirqulu xan Əfşar 1730-1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732-1736-cı illərdə isə şahın qəyyumu idi. 1732-1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşanda (indiki Sabirabad rayonunda Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü İranın şahı elan etdi. Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi. Ardı »

Azərbaycanlı sülalələrSürəyya xanım Qacar

Həyatı[redaktə]
Sürəyya xanım Şəmsəddin mirzə qızı 1 may 1910-cu ildə Şuşa Şəhərində anadan olmuşdu. Ailə təlim-tərbiyəsi almışdı. 1927 ildə Bakı Pedaqoji Texnikumunu bitirmişdi. 1927-39-cu illərdə Azərbaycan Opera və Balet Teatrının solisti olmuş, burada Leyli, Əsli, Gülnaz, Asya ("Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyli), Şahsənəm ("Aşıq Qərib", Z. Hacıbəyli) partiyalarında çıxış etmişdir. 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasında solist (fasilələrlə), 1968 ildən vokal üzrə məsləhətçi-müəllim işləmişdi. Repertuarında Azərbaycan xalq mahnıları, muğamlar, eləcə də xarici ölkə xalqlarının və bəstəkarlarının mahnıları əsas yer tutmuşdu. O, 1992-ci ildə vəfat edib.

Mükafatları[redaktə]
Sürəyya xanım Qacar Azərbaycan Respublikasının xalq artisti fəxri adını Ardı »