Azərbaycanlı sülalələr → Ələkbər bəy Xasməmmədovun məruzəsi
Ələkbər bəy Xasməmmədovun məruzəsində göstərilirdi ki, Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ Birinci Dünya müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlamışdır. Azərbaycanlılara qarşı onlar özlərini çox təkəbbürlü aparır, onların milli və dini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha açıq və cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası Şamaxıdan getdikdə gizli surətdə silah anbarını ələ keçirir və bu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişlər. Onlar ermənilərdən və malakanlardan ibarət xüsusi hərbi qarnizon təşkil edib oraya müsəlmanları buraxmamışlar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri Ardı »