Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrZiddiyətlərin səbəbləri

1639-ci ildə Səfəvi-Osmanlı müharibəsi (1623-1639) qurtardı. Bu iki dövlətin Qafqazda təsir dairələrini müəyyən edən Qəsri-Şirin sülh müqaviləsi bağlandı. Yeni şəraitdə Səfəvilər Dərbənddən Sunjaya qədər, Osmanlılar və Krım xanları isə Qara dənizdən Kabardaya qədər öz hakimiyətlərini yaymaq istəyirdilər. Şimali Qafqazda Səfəvilərin maraqları qaçılmaz olaraq Rusiya ilə toqquşurdu. Şah II Abbas hakimiyətinin əvvəlində Rusiya ilə dinc münasibətlər saxlayırdı, lakin rusların Şimali Qafqazda işğalçı planları onun Rusiyaya qarşı münasibətini dəyişdi. Mübahisənin başlamasına 1650-ci ildə kazak quldurlarının Kabardaya gedən şirvanlı və dağıstanlı tacirlərin karvanına basqını oldu. Şirvan bəylərbəyi şamaxılı Xosrov xan çox narazı qalmışdı, çünki Xosrov xanın mülkiyəti də yağmalanmışdı. Ruslar bəhanə etdilər ki karvanın Ardı »

Azərbaycanlı sülalələrNadirin II Şah Təhmasib dövründə fəaliyyəti

XVII əsrin sonu-XVIII əsrin əvvəllərində Səfəvilər dövləti qorxunc bir iqtisadi və siyasi böhran keçirirdi. Ölkənin mərkəzi və şərq hissəsi əfqan işğalı altına düşmüşdü. Azərbaycan, Şirvan və bunlarla həmsərhəd ərazilər Osmanlı İmperiyası tərəfindən işğal olunmuşdu. Rusiya da Qafqazda böyük fəallıq göstərməyə başlayırdı. 1723-cü ildə I Pyotr Bakı üzərinə yürüş etmiş və Xəzərboyu əraziləri fəth etmişdi.

Faktiki olaraq, Mazandaran vilayətindən başqa heç yer müstəqil deyildi. Burada isə hələ Səfəvilərin hakimiyyətinin sonlarından bəri möhkəmlənmiş Fətəli xan Qacar hökmranlıq edirdi. O Səfəvi şahı Sultan Hüseynin əfqanların əlindən qurtulmuş oğlu Təhmasibi öz sarayında saxlamışdı. Az sonra Təhmasib özünü şah elan edir.

Ölkədə qərarlaşmış vəziyyət həm kəndlilər, həm şəhər Ardı »

Azərbaycanlı sülalələrƏfqanıstan qızılbaşları

Qızılbaşlar Əfqanıstana Nadir şah Əfşar tərəfindən köçürülüblər. Əfqanıstanda yaşayan qızılbaşlar soykökü baxımından Azərbaycan türkləri olub bir neçə tayfaya bölünürlər: əfşar, bayat, şahsevən, ənsarlı, şahağası, şamlı və cavanşir. Qızılbaşlar əsasən kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar. Onlar evdə, ailə içində Azərbaycan dilinin şimal ləhcələrində danışırlar, ancaq digər millətlərin nümayəndələri ilə ünsiyyətdə fars dilinin şərq ləhcəsi olan daricədən istifadə edirlər.

Bayat tayfasına mənsub olan qızılbaşlar Əfqanıstanın şərqində və şimali-şərqində məskunlaşıblar.
Ənsarlı tayfası bayat tayfasının tirələrindən biridir. Ənsarlı qızılbaşlar Kabil vilayətinin Qala Fətulla, Qala Sədulla və Vəzirabad kəndlərində yaşayırlar.[4]
Əfaqanıstandakı qızılbaş toplumunun bir parçası olan şamlı tayfasının nümayəndələri Kabil Ardı »

Azərbaycanlı sülalələrFeyzulla mirzə Qovanlı-Qacar

Həyatı[redaktə]
Fеyzulla mirzə Şəfi mirzə oğlu 1872-ci ildə Şuşa şəhərində anadan olub. Şəhər rеal məкtəbini bitirmişdi. Sоnra Niкоlayеvsк hərbi məкtəbinə daхil оlmuşdu. Hərbi məкtəbi tamamlayandan sоnra коrnеt кimi хidmətə başlamışdı. Gеnеral-mayоr rütbəsinədəк yüksəlmişdi. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının оrdusunda qulluq еtmişdi.

Fеyzulla mirzə 1920-ci ildə Nargin adasında güllələnmişdi. Ardı »

Azərbaycanlı sülalələrMəlik Afaq xanım Qovanlı-Qacar

Məlik Afaq xanım Qovanlı-Qacar (1865-?)— İran şahzadəsi



Həyatı[redaktə]
Məlik Afaq xanım Bəhmən mirzə qızı 1865-ci ildə anadan olmuşdu. Ailə təlim-tətbiyəsi görmüşdü.

Məlik Afaq xanım Mirzə Hüseyn Təfrişi ilə ailə qurmuşdu. Ələkbər, Ələsgər adlı oğulları vardı. Ardı »

Azərbaycanlı sülalələrGilzayların osmanlılarla münasibətləri

1726-ci ildə İran şahı Mir Əşrəh əfqan ordusu başında, o zamana qədər Qəzvin, Təbriz və Həmədan daxil bütün Azərbaycanı tutan osmanlılara qarşı çıxış etdi.

Bir sıra döyüşdən sonra Əşrəf osmanlı ordusunun irəliləməsini dayandıra bildi. 1727-ci ilin sentyabrında Mir Əşrəf, Osmanlı imperiyasının Azərbaycanı, Kürdüstanı və Xuzistanı, eləcə də Zəncanı və Tehranı alması şərti ilə sülh sazişi bağladı.

Mir Əşrəf, İrana nəzarət edərək, heç də hər yerdə özünü hakim hiss etmirdi. Mazandaranda, hələ 1722-ci ildə özünü İran yeni şahı elan etmiş Sultan Hüseynin oğlu səfəvi şahzadəsi II Təhmasib möhkəmlənmişdi.

1726-cı ildə osmanlı ordusunun İsfahana yaxınlaşmasını görən Mir Əşrəf,II Təhmasibin atası əsir şah Sultan Hüseyni öldürtdürmüşdü. Ardı »

Azərbaycanlı sülalələrƏmir Kazım mirzə Qovanlı-Qacar

Həyatı[redaktə]
Əmir Kazım mirzə Bəhmən mirzə oğlu 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu.ilk təhsilini Tiflis gimnaziyasında almış, iyirmi yaşinda isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. 1873-ildə kornet-zabit rütbəsində Əmir Kazım hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun ordusunun 44-cü Nijeqorod alayına göndərilmişdir. Ən yaxşı süvari zabitləri sırasinda mayor Əmir Kazım mirzə 1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində iştirak etmişdi. Süvari podpolkovniki Əmir Kazım mirzə 1895-ci ildə eskadronun komandiri təyin olunur. XX yüzilin ikinci ilində alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım mirzə 1910-cu ildə general mayor rütbəsinə ucaldılmışdı.

Əmir Kazım mirzə 1920-cu ildə fövqəladə komissar Tixarelinin əmri ilə Ardı »

Azərbaycanlı sülalələrMəhəmmədqulu mirzə Qovanlı-Qacar - Ailəsi

Məhəmmədqulu mirzənin törəmələri öncə Mülкаrа, sоnrа Аrəstə sоyаdını dаşıdılır. Bəziləri isə Bədi fаmiliyаsı ilə tаnınırlаr.

Məhəmmədqulu mirzə Fаtimə Sultаn bəyim Şаhruх mirzə qızı Qırхlı-Аvşаrlа və Gülpəri Sаrа Mələк хаnım Murtuzаqulu хаn qızı Qоvаnlı-Qаcаrlа аilə qurmuşdu. Bədiəzzəmаn mirzə аdlı оğlu, Mələкzаdə хаnım аdlı qızı vаrdı. Ardı »