Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycanlı sülalələrŞahın vəfatı və Məhəmməd Mirzənin canişin təyin olunması

II Şаh İsmаyıl h.q. 985-ci ilin (M. 1578) Rаmаzаn аyının оn üçü Qәzvinin küçәlәrini gәzdikdәn sоnrа bir qәdәr nаrkоtik mаddә qәbul еdib yаtаğınа girir vә bir dаhа yаtаqdаn аyаğа qаlхmır. II Şаh İsmаyılın ölümü ilә bir çохlаrındа bеlә bir fikir yаrаnmışdır ki, bu işdә Sәfәvi sülаlәsinin vә yа qızılbаşlаrlа müхаlif оlаn şәхslәrin әli оlmuşdur. Çünki оnunlа еyni zаmаndа nаrkоtik mаddә qәbul еdәn bаşqа bir şәхs ölüm аyаğındа ikәn özünü qаpıyа çаtdırıb ölümdәn yаха qurtаrа bilir. Özünә gәldikdәn sоnrа mаddәnin qutusunа оnlаrdаn әvvәl әl vurulduğunа tәkid еdir. Әlbәttә bu bir еhtimаldır. Hәsәn bəy Rumlu özünün «Әhsәn ət-Tәvаriх» аdlı kitаbındа bu hаqdа söhbәt Ardı »

Azərbaycanlı sülalələrMüzəffərəddin şah Qacar - Övladları

Oğulları:

Şahzadə Məhəmmədəli mirzə Etizadəssəltənə, sonra Məhəmmədəli şah (1872 - 1925)
Şahzadə Məlikmənsur mirzə Qovanlı-Qacar (1880 - 1920)
Şahzadə Əbülfət mirzə Qovanlı-Qacar (1881 - 1961)
Şahzadə Əbülfəzl mirzə Qovanlı-Qacar (1882 - 1970)
Şahzadə Hüseynqulu mirzə Qovanlı-Qacar (1884 - 1945)
Şahzadə Nasirəddin mirzə Qovanlı-Qacar (1897 - 1977)

Qızları:

Şahzadə Fəxrəssəltənə (1870 - ?)
Şahzadə Ehtiraməssəltənə (1871 - ?)
Şahzadə İzzətəddövlə (1873 - ?) əri Əbdülhüseyn Mirzə Fərmanfərma
Şahzadə Şükuhəssəltənə (1880 - ?)
Şahzadə Şükuhəddövlə (1883 - ?)
Şahzadə Fəxrəddövlə (1883 - ?)
Şahzadə Əqdəsəddövlə (1891 - ?)
Şahzadə Ənvərəddövlə (1896 - ?) Kamran Mirzə Qovanlı-Qacarın oğlu İqtidarəssəltənə ilə evli idi. Ardı »

Azərbaycanlı sülalələrMəlikqasım Mirzə

Şahzadə Məlikqasım Mirzə — Fətəli şah Qacar və Urmiya bəylərbəyi İmamqulu xan Əfşarın qızı, Bəyim xanım Əfşarın oğlu. Məlikmənsur mirzə onun qardaşı, bacısı isə Mirzə Əbülqasım xan Qaimməqam Fərahaninin həyat yoldaşı idi. O, bir müddət Urmiya və Bürucərd hakimi olmuşdu. Məlikqasım Mirzə Təbrizdə Mirzə İsa Qaimməqamın qızı və Əbülqasım xan Qaimməqamın bacısı Haciyə xanım ilə anaları azərbaycanlı olduğundan evlənmişdi. Təbrizdə və Tehranda yaşayan Məlikqasımi ailəsi, onun gürcü həyat yoldaşı Gülqonça nəslindəndirlər. Ardı »

Azərbaycanlı sülalələrXuzistandakı gündüzlülər

Gündüzlülər Xuzistanın Şuştər şəhristanında yaşayırlar və Şuştər dialektində danışırlar. Şuştər şəhərinin Dərvaza məhəlləsində , həmçinin Şəhid Müdərris dehestanının kəndlərində o cümlədən:Dərxəzinə, Behbuddari, Çəmkənar, ... və Əhvaz şəhərində sakindirlər. Kəsrəvinin yazdığına görə Xuzistan gündüzlülərinin tayfalarının adı bunlardan ibarətdir: Sariban, Çəmkənari, Alşalı, Xələc, Alikəli, Mircani, Ehqanlı, Hərhat Kəhi və Fili. Ardı »

Azərbaycanlı sülalələrErməni Hücumlarının Başlanması

1989-cu ilin ortalarından başlayaraq ermənilərin Qaradağlı kəndinə qarşı təxribatları getdkcə daha da gücləndi. Həmin il oktyabr ayının 12-də bir dəstə erməni qulduru kəndin yaxınlığındakı mal fermasına basqın edərək mal-qaranı ələ keçirmiş, ferma binasına və ot tayalarını yandırmışlar. Kəndin müdafiəçilərindən Ədalət Məmmədov, Faiq Tağıyev, Qərib Mustafayev, Nazim Vəliyev özünü hadisə yerinə yetirərək çətinliklə də olsa quldurları geri oturda bilmişlər. 1989 – cu ilin dekabrında kənd əhalisini vahiməyə salmaq və onları qaçmağa məcbur etmək üçün ermənilər hər axşam yanacaqla dolu alovlanan çəlləkləri ətraf dağlardan aşağı buraxmağa başlamışdılar. Müdafiəçilərin gördükləri tədbirlər nəticəsində ermənilərin bu vəhşiliklərinin də qarşısı alındı. 1990 – cı il yanvarın 15-də Ardı »

Azərbaycanlı sülalələrMahmud Avşar-Yəzdi

Həyatı[redaktə]
M. Avşar İsveçrədə siyasi elmlər sahəsində təhsil almışdır. 1921-ci ilə qədər İngiltərə və Hindistanda yaşamışdır.

Mahmud Avşar Hindistan ingilislərin müstəmləkəsi olan vaxt burada təhsil almış və siyasət üzrə doktor olmuşdu. Əslən Qızılbaş türklərinin altı tayfasından (boyundan) biri olan və Yəzd bölgəsində yaşayan avşarlar tayfasından olan Mahmud Avşar öncə paniranizmə aid nəzəri biliklərini təkmilləşdirmiş, Rza şahın hakimiyyəti dövründə isə bu bilikləri həyata keçirməyə başlamışdı. Bu məqsədlə Mahmud Avşar 1921-ci ildə “Əncuməni İrani cəvan” dərgisini təsis etdi, 1925-ci ildə isə “Ayənde” dərgisini yayımlamağa başladı. O, İranın milli birliyini farslaşdırma siyasətinin həyata keçirilməsində görürdü. Buna görə də fars dilinin bütün ölkə üzrə rəsmi dil olmasına Ardı »

Azərbaycanlı sülalələrQəhrəman mirzə Qacar

Həyatı[redaktə]
Abbas mirzənin səkizinci оğlu Qəhrəman mirzə 1807-ci ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. Nadir mirzə yazır: «Naibüssəltənənin səkkizinci оğlu Qəhrəman mirzə 1251-ci ildə Təbrizə gəldi... Qəhrəman mirzənin padşahlıq kimi hakimiyyəti var idi... Bu şahzadə Təbriz cavanlarından sеçdiyi hamısı gözəl оğlanlardan ibarət оlan bu hərbi dəstəyə «Qəhrəmaniyə» adını qоydu və bu оrduya rəhbərliyi Əbülfət xan Cavanşirin оğlu Məhəmmədəli xana, yavərliyi də оnun kiçik qardaşı Məhəmmədqulu xana tapşırdı.» Qəhrəman mirzə Səbzivar, Yəzd, Xorasan və Azərbaycanda vali оlmuşdu. Qəhrəman mirzə 1835-ci ildə vəfat еdib.

Ailəsi[redaktə]
Qəhrəman mirzənin törəməsi Qəhrəmani sоyadını daşıyır. Qəhrəman mirzənin Kiamərd mirzə, Məhəmmədhəsən mirzə adlı оğlu vardı. Ardı »

Azərbaycanlı sülalələrMahruxsar xanım Fəxrəddövlə

Mahruxsar xanım Fəxrəddövlə — Qacar şahzadəsi, Abbas mirzənin ilkinci qızı, Məhəmməd şah Qacarın bacısı və Məhəmmədhəsən xan Sərdar İrəvaninin həyat yoldaşı idi.Şeir, rəssamlıq və xəttalıqda bacarıqlı idi. Ardı »